Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (Bu gün, 10:30)
Mədəniyyət Nazirliyində qohumbazlıq İddiası: 35 il işləməyən biri ən strateji posta necə gətirildi?

"Yəqin ki, ən xeyirxah əməllərdən biri kiminsə evinə ruzi aparmasına şərait yaratmaq, kiminsə çörəyinin əvəzinə maneəyə çevrilməməkdir. Axı hər kəsin ruzisini Allah verir və insan da öz zəhməti ilə onu qazanır.
Həmişə insanların yaxşı şəraitdə yaşamasını, maddi baxımdan təmin olunmasını arzulamışam. Lakin çox vaxt mənim ruzimə göz dikən, işimə mane olan davranışlarla da üzləşmişəm və artıq buna təəccüblənmirəm".

Xpress.az xəbər verir ki, bunları tanınmış rejissor Səidə Haqverdiyeva yazıb.
"Hadisələrdən xəbərdarsınız. Qısası, Mədəniyyət Nazirliyinin sektor müdiri Böyükxanım Talıbova, ixtisasım üzrə işləmədiyimi əsas gətirərək, tutduğum vəzifədən ayrılmağımı israrla tələb edirdi. Bu proses fonunda öyrəndim ki, onun bacısı — Sona Talıbova — Akademik Musiqili Teatrında ən strateji və yüksək maaşlı vəzifələrdən biri olan prodüser şöbəsinin meneceri kimi çalışır.
Əlbəttə, işləməsində qəbahət yoxdur. Məlumata görə, Sona Talıbova indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif işinin təşkili ixtisasını bitirib. Ancaq deyilənə görə, təhsilini başa vurduqdan sonra 35 il heç bir yerdə çalışmayıb. Nəyə görəsə, Böyükxanım Talıbovanın Mədəniyyət Nazirliyinin teatr sektoruna müdir təyin edilməsindən dərhal sonra o, birdən-birə vacib bir kadra çevrilərək teatrın strateji vəzifələrindən birinə gətirilib.
 

Bilirsiniz ki, menecer vəzifəsi, xüsusilə beynəlxalq əməkdaşlıq və yaradıcılıq proseslərinin idarə olunması baxımından ciddi bilik, təcrübə və geniş əlaqələr tələb edir. Teatr sahəsini, idarəetməni demirəm – bunlar da ayrıca hazırlıq istəyir.
Teatr meneceri kimdir?
Bu ixtisas üzrə xaricdə təhsil almış biri kimi qısa təsnifat verim: Teatr meneceri teatrın bütün yaradıcı, inzibati və təşkilati fəaliyyətlərini koordinasiya edən şəxsdir. O, həm sənət adamları ilə işləyir, həm büdcəni, reklamı, tamaşa cədvəllərini, həm də tamaşaçı-teatr əlaqələrini idarə edir.
Bəs teatr meneceri ilə mədəni-maarif işçisi arasındakı fərq nədir?
Teatr meneceri – konkret bir teatrı idarə edir. Məqsəd: tamaşaların uğuru, teatrın inkişafı və tamaşaçı auditoriyasının genişlənməsi.
Mədəni-maarif işçisi – klub, mərkəz və tədbirlər kimi sosial-mədəni sahələrdə fəaliyyət göstərir. Məqsəd: maarifləndirmə və mədəniyyətin təbliği.
Gəldik əsas məsələyə. Hörmətli Böyükxanım xanım, görünür, yaxın qohumlar eyni sistemdə, hətta eyni rəhbərliyin altında problemsiz çalışa bilirmiş. Deməli, məsələ şəxsə görə dəyişirmiş? Xülasə, “Yetimin əlində qoğal əcaib görünür”…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025