Gündəm (14-12-2022, 11:12)
“Zəng etdi ki, bacını öldürmüşəm, gəl meyiti götür”
Bu ilin fevralında Bakının Qaradağ rayonu ərazisində yerləşən evində öldürülən Qənəət Fərmanovanın qətlində təqsirləndirilən Asəf Cəfərzadənin məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Asəf Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qənəət Fərmanova ilə Asəf Cəfərzadə qeyri-rəsmi münasibətdə olub. Qətl hadisəsi isə qısqanclıq zəminində baş verib.
Bunu Asəf Cəfərzadə məhkəmədə ifadəsində bildirib. Asəfin sözlərinə görə, o, Qənəətlə 2018-ci ildə tanış olub. Onların hər ikisi evli olub boşanıblar. Asəfin də, Qənəətin də əvvəlki evliliyindən iki övladı olub.
Hadisənin baş verdiyi gün isə Asəf Qənəətin keçmiş həyat yoldaşı ilə münasibətini öyrənib. Qənəətin etirafı isə Asəfi özündən çıxarıb və mətbəxə gedərək bıçağa əl atıb.
Bu zaman Qənəət Asəfə gülə-gülə “Bunu nəyə gətirmisən? Guya məni bıçaqla vuracaqsan?” deyib. Asəfin isə Qənəətin təhqir etməsi tərəflərin mübahisəsini daha da şiddətləndirib. Bu zaman Asəf Qənnəətə 17 bıçaq zərbəsi vuraraq onu amansızlıq qətlə yetirib.
Asəf Cəfərzadə hadisəni törətdikdən sonra isə iki ədəd telefon və bir ədəd “Samsung” markalı televizoru özü ilə aparıb. O, həmin əşyaların pulunu özü ödədiyini bildirib.
Bundan sonra Asəf Qənəətin qardaşına zəng edib.
Məhkəmədə şahid qismindən ifadə verən Qənəətin qardaşı bildirib ki, təqsirləndirilən şəxsi tanımır:
“07 fevral 2022-ci il tarixdə təxminən saat 10-11 radələrində təqsirləndirilən şəxs mənə zəng edərək bacım Qənəəti qətlə yetirdiyini, övladları məktəbdən gələnə qədər gəlib meyiti götürməyi bildirdi. Asəfdən bacımı nəyə görə öldürdüyünü soruşdum, o isə aralarında yaranmış müəyyən səbəblərə görə Qənəəti qətlə yetirdiyini bildirdi”.
Qənəətin iki oğlu isə analarının qətlə yetirildiyini məktəbdən evə gələrkən öyrəniblər.
Uşaqlar məhkəmədə ifadəsində bildirib ki, onlar Asəf Cəfərzadəni evlərinə təmir işləri ilə əlaqədar gələn usta kimi tanıyıblar.
Hadisədən sonra Asəf Cəfərzadə Füzuli rayonunun Zobzuq qəsəbəsinə yollanaraq, ailə üzvləri ilə görüşüb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.
Onu da qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. Onun keçmiş həyat yoldaşı dayısı oğlu olub. Qətlə yetirilən qadın marketdə kassir iləyirmiş. Qətlə görə həbs edilən Asəf Cəfərzadə isə mənzil təmiri işləri ilə yanaşı, son olaraq sərnişin avtobusunun sürücüsü kimi fəaliyyət göstərib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024