Yeniavaz.com xəbər verir ki, "CBS-PP” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 297 min 165 manat 7 qəpik dəyərində mətbəə məhsulları satacaq.
Tender müsabiqəsinin qalibi olan "CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Qeyd edək ki, "CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub.
Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.
Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.
Karusel (10-06-2021, 17:31)
FHN-nin 300 min manatlıq tenderində qalib kim oldu?
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "CBS-PP” MMC olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024