“AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) “Gilan Vegetables” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının bu gün – 11 mart tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baş tutacağı bildirilib.
Məlumat üçün bildirək ki, “AFB Bank” ASC-nin səhimlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan Holdinq”ə məxsus olub. İki il əvvəl “Gilan Holdinq” bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilib.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb.
Qeyd edək ki, 10.12.2015-ci il tarixində dövlət qeydiyyatına alınan “Gilan Vegetables” MMC-nin də “Gilan Holdinq”ə məxsus olduğu bildirilir. Həm “Gilan Vegetables” MMC, həm də “Gilan Holdinq” MMC eyni hüquqi ünvanda – Yasamal rayonu Nərimanov pr, ev 206-da qeydiyyata alınıb.
Onu da qeyd edək ki, ötən il “AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı da məhkəmə iddiası qaldırmışdır.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024