Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (4-08-2020, 20:54)
BNA texniki xidmətlər üçün bu şirkətə 828 min manat ayırdı - RƏSMİ


BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "ARIS” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “ARIS” MMC BNA-nın sifarişi əsasında “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 828 min 360 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğlu olan “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Mətbuatda yer alan məlumatlardan (təkzib olunmayıb) belə görünür ki, BNA 2019-cu ildə “ARİS” MMC ilə 2 müqavilə imzalayıb.  1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.
Məlumat üçün qeyd edək ki, bugünə (04.08.2020) olan məlumata görə “ARIS” MMC-nin dövlət büdcəsinə 68 min 836,62 manat vergi borcu var.  
Tenderin qalibi olan “ARIS” MMC-dən yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, şirkət tender prosesində tamamilə qanunauyğun şəkildə iştirak edib. Bildirilir ki, tender müsabiqəsinə sənədlər təqdim olunan zaman “ARIS” MMC-nin dövlət büdcəsinə vergi borcu olmayıb: "Qeyd olunan borc yeni yaranmış vergi borcudur və yaxın zamanlarda borcun ödənilməsi həyata keçiriləcək".

BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024