Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-07-2020, 14:14)
Turizm Agentliyi yol təmir edir – 1 kilometrə 350 min manat xərcləyəcək

 Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Mediatv.az Yeniavaz.com
 istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “İsmayıllı Tikinti-27” ASC olub.
“İsmayıllı Tikinti-27” ASC Dövlət Turizm Agentliyinin sifarişi əsasında “Muğanlı-İsmayıllı (17-ci km-dən)-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisi (1,3 km) işlərini” həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “İsmayıllı Tikinti-27” ASC Turizm Agentliyindən 1 milyon 853 min 472 manat 3 qəpik alacaq.
Rəqəmlərdən göründüyü kimi, yenidən qurulması (4 km) və tikintisi (1,3 km) nəzərdə tutulan 5,3 km-lik yolun hər bir kilometri üçün 349 min 711 manat xərclənəcək.
Bundan başqa, 5,3 km-lik yola ümumilikdə 238 ədəd müxtəlif nişanlar quraşdırılacaq. Bunların 119 ədədi yol nişanları, 3 ədədi qadağan nişanları, 10 ədədi məcburi hərəkət nişanları, 4 ədədi servis nişanları, 18 ədədi xəbərdarlıq nişanları, 84 ədədi isə üstünlük nişanları olacaq.
Məlumat üçün onu da bildirək ki, İsmayıllı Tikinti-27” ASC 05.06.1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 339 min 144 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. “İsmayıllı Tikinti-27” ASC 2019-20-ci illərdə İsmayıllı rayon İcra Hakimiyyətinin keçirdiyi 4 müxtəlif tender müsabiqəsinin qalibi olub.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024