Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 08:47)
Xaçmazda olimpiada, amma suallar çoxdur… — FOTOFAKT

 Xaçmazda Respublika Fənn Olimpiadasının rayon turu keçirilib. RFO-nun rayon turu Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli Liseydə və Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

Lakin proses zamanı diqqət çəkən maraqlı bir nüans ortaya çıxıb. Məlumata görə, hazırda 57 saylı Xaçmaz şəhər seçki dairəsində çalışan Fikrət Heybətovun Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə keçirilən imtahanda nəzarətçi qismində iştirak etdiyi görünür.

Bu fakt bir sıra haqlı suallar doğurur. Əgər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Fikrət Heybətovun müqaviləsini uzatmayıbsa, o hansı hüquqi əsasla Quba–Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı kimi imtahan prosesinə cəlb olunub? Əgər müqavilə uzadılıbsa, bu barədə niyə ictimaiyyətə açıq və rəsmi məlumat təqdim edilməyib?

Bundan əlavə, müqavilənin uzadılması ehtimalı nəzərə alınsa belə, İnzibati Təşkilat Sektorunun müdiri hansı normativ sənədə əsaslanaraq Respublika Fənn Olimpiadasında nəzarətçi funksiyasını yerinə yetirib?

Qeyd olunan məqamların aydınlaşdırılması həm şəffaflıq, həm də imtahanların obyektivliyi baxımından ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Bakunevs.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026