Karusel / Slayd (18-04-2019, 10:40)
Nazir prezidentin sərəncamını icra etmir?
“Uzun illərdir teatrımızın bina problemi həll olunmur. İyirmi il əvvəl tikinti işlərinə başladılar, sonradan yarımçıq qoydular. On ildir ki, tikilib qurtarmır. Teatrın fəaliyyət göstərdiyi bina acınacaqlı durumdadır, qəzalı vəziyyətdədir”.
Bu sözləri Dərbənd şəhərində fəaliyyət göstərən Dövlət Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərov deyir. Onun sözlərinə görə, 2015-ci ildə teatrın tikilməsi üçün Dərbəndin mərkəzində 6 ha yer ayrılıb. Lakin sonradan müxtəlif bəhanələr gətirilərək, həmin ərazini teatr binası üçün verməkdən imtina ediblər:
“Heydər Əliyev prospektində, Nizami Gəncəvi parkının yaxınlığında bizə yer ayrılmışdı. Həmin ərazini bizə vermədilər. Yenidən harada yer ayrılacağı isə bəlli deyil. İndiki qəzalı binada işimizi birtərhər yola veririk. Çox çətinlik çəkirik. Belə şərtlər altında işləmək ağırdır. 28 nəfərdən ibarət yaradıcı heyət illərdir çox ağır şəraitdə tamaşalar hazırlayır”.
Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığı, təchizatın müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq, binanın yenidən qurulması və təchizatı məqsədi president İlham Əliyev 2015-ci il avqustun 3-də sərəncam imzalayıb. Prezidentin ehtiyat fondundan ovaxtkı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə (indiki Mədəniyyət Nazirliyi-red) 5 milyon manat ayrılıb.
Həmçinin Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Lakin buna baxmayaraq teatrın binasının təmiri yarımçıq qalıb.
Teatrın direktoru isə hələ də ümidini üzmədiyini söyləyir. “Hələ də gözləyirik”, – deyir:
“Prezident teatrımızın tikilməsi üçün əlindən gələni edib. Ümid edirəm ki, teatr binası mütləq tikiləcək. Yəqin ki, nəsə bir əncam çəkəcəklər. Biz hələ ki, torpaq məzələsi ilə bağlı cavab gözləyirik. Bu məsələ həll olunduqdan sonra yəqin tikintiyə başlanılacaq”.
Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024