Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-05-2016, 13:52)
Mingəçevir teatrında əlbəyaxa dava: Nazirlik işə qarışdı

 

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli və teatrın baş mühəndisi Habil Orucov arasında əlbəyaxa dava düşüb.

 

Mediatv.az xəbər verir ki, Teatrın direktoru Səxavət Məmmədov "Report"a açıqlamasında hadisədən xəbərdar olduğunu bidirib: "Mən məsələnin bu qədər şişirdirməsinin tərəftarı deyiləm. Xəzər Gəncəli teatrımızın baş rejissorudur. Habil Orucov isə teatrımızın baş mühəndisidir. Aralarında baş verən münaqişə texniki məsələlərə görə olub. Səhnədə yanmayan lampaya görə söz-söhbət yaranıb. Biri-birlərini təhqir ediblər. Hər ikisi ilə danışmışam. Məsələyə Mədəniyyət və Turizm Nazirliyi də münasibət bildirib. Hazırda hər ikisi tearda işinin başındadır. Bu dəqiqə teatrda gərgin məşqlər gedir. Mən yaradıcılıq prosesi ilə məşğul olmaq istəyirəm, amma belə məsələlərə də vaxtımı sərf etməli oluram".

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə bəzi teatr-konsert müəssisələrinin hələ də tam gücü ilə işləməyə səy göstərmədiyini, teatr rəhbərlərinin bəzən öz işlərinə laqeyd yanaşdıqlarını bildirib. Nazir müavini bölgə teatrlarının fəaliyyətinin qənaətbəxş səviyyədə olmadığını deyib.

"Report"un əldə etdiyi məlumata görə, teatrın baş rejissoru Xəzər Gəncəli Mədəniyyət və Turizm Nazirliyinə çağırılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024