Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-05-2017, 09:00)
Gədəbəydə büdcə təşkilatlarından pul yığılır

Xalqımız yaxın 2 gündə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 -cü ilini və faşizm üzərində qələbənin 72 illiyini qeyd edəcək. Bu münasibətlə ölkənin bütün rayonlarında tədbirlər keçirilir

 
Ulus.az-a daxil olan məlumata görə Gədəbəydə vətəndaşlar bayramlara sevinə bilmir. Çünki başqa rayonlarda bayramqabağı aztəminatlı ailələrə yardım göstərilirsə, Gədəbəydə əksinədir, pul yığılır.
 
Rayonun icra başçısı Ramiz Yediyarovun göstərişi ilə büdcə təşkilatlarında çalışan hər bir işçidən Heydər Əliyev mərkəzinin tikintisinə kömək adı ilə 100 manatdan pul yığılır.
 
Ulus.az-a daxil olan müraciətdə deyilir: -Təsəvvür edin ki, 180 manat maaş alan xəstəxananın sanitar işçiləri, kənd icra nümayəndəliklərinin xadimələrinə belə güzəşt edilmir. Onsuz da 5 ildir ki, Ramiz Yediyarov rayon camaatına zülm edərək görünməmiş rüşvət üsullarından istifadə edir. Hamıya məlumdur ki, Ramiz Yediyarov vergilər naziri Fazil Məmmədova arxalanır.
 
Ona görə də sözümüz Fazil Məmmədovadır. Hörmətli Fazil müəllim, bilirik ki, Yediyarov sizin kadrınızdı, Gədəbəy rayonunu qeyri-rəsmi olaraq siz kurasiya edirsiniz və burada tikinti-abadlıq işlərini aparmaq da, sizə həvalə olunub. Bəs siz niyə şərait yaradırsınız ki, sizi bu ali mövqeyə çatdırmış şəxsin adından kimsə çirkin məqsədlər üçün istifadə etsin? Onsuz də bu rayonda elə böyük bir tikinti quruculuq işi görülməyib. Görülənlər də, sahibkarların və idarə-müəssisələrin hesabına görülüb. Heç olmazsa H.Əliyev mərkəzini qalmaqalsız, öz vəsaitiniz hesabına tikə bilməzdinizmi? Doğrudanmı o qədər imkansızsınız ki, xadimələrin, tibb bacılarının cüzi əmək haqqına möhtacsınız? Əgər rayonun abadlığı elə rayonun öz kasıb əhalisinin hesabına aparılacaqdırsa, öncə sizin kurasiyanız, rayona təmtəraqlı səfərləriniz nəyə gərəkdir?

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024