Cəmiyyət / Slayd (11-03-2015, 20:13)
Gədəbəyin icra başçısı nədən təcili toplantı çağırıb? - İDDİA
Toplantıda əsas müzakirə olunan mövzu son günlər Gədəbəy rayonunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən materiallar olub. Xatırladaq ki, son vaxtlar Azərbaycan Kütləvi İnformasiya vasitələrində Gədəbəy rayonunun başcısı Ramiz Yediyarov və digər vəzifəli şəxslər barəsində silsilə tənqidi materiallar gedir. Bu isə Ramiz Yediyarovu ciddi narahat etməyə başlayıb. İdarə müdirlərinin iştirakı ilə keçirilən toplantıda Gədəbəyin İcra başcısı onlara bildirib ki, mətbuatda gedən məqalələrlə əlaqədar artıq yuxarı dairələrdə ona qarşı inamsızlıq və etibarsızlıq yaranıb. Əgər belə davam edərsə, məsələ daha da ciddiləşəcək. O idarə müdirlərinə birbaşa tapşırıq verib ki, məqalələr çap olunan mətbu orqanlar haqqında, baş redaktorlar, onların yaxın qohumları ilə əlaqəyə girsinlər. Və nəyin bahasına olursa-olsun bu problem tezliklə həll edilsin.
Maraqlıdır ki, görəsən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başcısı Ramiz Yediyarov tələm-tələsik toplantı keçirərək mətbuatla problemləri həll etmək barədə göstəriş verməsi hansı məqamları ortaya çıxaracaq. O mətbuatla problemlərini düşməncəsinə həll edəcək, yoxsa öz işində müsbət dönüş yaradaraq jurnalistlərin rəğbətini qazanacaq. Bunu zaman göstərəcək. Amma fakt faktlığında qalır ki, rayonda göstərdiyi xoşa gəlməz fəaliyyəti ilə mətbuatın güdəmindən düşməyən Ramiz Yediyarov artıq yuxarıların da hədəfindədir.