Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-04-2017, 22:33)
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?

Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?

Parlamentlə “Azər Türk Med” klinikası arasında “nömrə mübadiləsi” 
Xeyli müdətdir Bakı sakini Vüqar Yusif oğlu Bağırovun şikayəti əsasında millət vəkili, Azərbaycan Dövlət Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun əməlləri barədə məqalələr dərc edirik. 
Qısa xatırlatma üçün qeyd edək ki, Vüqar Bağırov ölkə başçısına müraciətində bildirir ki, Azər Əmiraslanov onun 1 milyon 534 min dollarını mənimsəyib və hətta onu tutduracağı ilə hədələyir. 
Yəni söhbət deputat-rektor oğlunun “əliuzun”luğundan gedir. 
Deputat oğlu nə qədər özünə, daha doğrusu atasına arxayındırsa, vətəndaşın pulunu mənimsəməyi bir yana, hətta ona hədə-qorxu gəlir, özünü və ailəsini təhdid edir, onu həbs etdirəcəyi ilə qorxudur. 
Adamın atası deputat, qardaşı nazir müavini olanda adamın gözü ayağının altını görməz..? 
Axı, ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə məmur balalarının harınlığı, xalqa yuxarıdan aşağı baxması ilə bağlı sərt xəbərdarlıq edib. 
Bəlkə Əmiraslanovun oğlu ölkə başçısının xəbərdarlığını da qulaqardına vurur..? 
Sözün düzü, Azər Əmirasanovla bağlı LEGİON-a daxil olan növbəti informasiya bir daha sübut edir ki, deputat oğlunun əli çox yerə, hətta Milli Məclisə də çatır. 
Beləki LEGİON-a daxil olan məlumatdan bəlli olur ki, deputat oğlu atasının da üzv olduğu parlamentin maşın qarajına məxsus dövlət avtomobil nömrəsini “özəlləşdirib”. 
Bu bilirsniz nəyə oxşayır..? 
Polis əməkdaşının oğlu atasına məxsus tabel silahını belinə bağlayıb toyda-zadda şellənir, hərdən havaya atəş açır, kiməsə hədə-qorxu gəlir... 
Bəli, Azər Əmiraslanov Milli Məclisə məxsus dövlət avtomobil nömrəsini neçə ildir özü üçün istifadə edir. 
Görəsən Azər Əmiraslanovun “deputat nömrəsi”nə marağının səbəbi nədir..? 
Bu yerdə yadımıza bir neçə il əvvəl deputat Eldar İbrahimovun dedikləri düşdü. 
Deputat Milli Məclisdəki çıxışında onun maşınının nömrəsini əzbər bilməyən DYP əməkdaşlarını “dana” adlandıraraq demişdi: “Serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır. 
Prezident Aparatının nömrələri haradan başlayır, harada qurtarır. 
Maşın nömrəm 10 AA 409-dur. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. 
Bilməlisiniz ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlisiniz ki, keçin, cənab deputat”. 
Bəli, Azər Əmiraslanov “deputat nömrəsi”ni mənimsəməklə “toxunulmaz” olduğunu sübut etmək istəyir və hətta dövlət polisinin ona “çest” verərək baş əyməsini arzulayır. 
Bir daha qeyd edirik ki, LEGİON-a daxil olan informasiyadan bəlli olur ki, Əhliman Əmiraslanov deputat olaraq Milli Məclisin avtomobil qarajına məxsus avtomobillərin bir neçə dövlət qeydiyyat nömrələrini mənimsəyərək oğlu Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC klinikasının balansına keçirtmişdir. 
Belə ki, Milli Məclisə məxsus 10 AA 439 nömrəsi ilk dəfə ( istehsal ili ) buraxış ili 1991- ci il, ağ rəngli Qaz 2411 markalı avtomaşında olub və 25.04.1996- cı ildə istifadəyə verilib. 
Sonra 10 AA 439 nömrəsi Milli Məclisə məxsus olaraq 6 dəfə Milli Məclisin balansında olan avtomobillərə verilib. 
Ancaq sonuncu yəni 7- ci dəfə Milli Məclisin balansından çıxarılan 10 AA 439 dövlət nömrəsi Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC-in balansına verilib. 
Və “Azər Türk Med” MMC-nin balansında 2008-ci buraxılış ili olan Mercedes S 350 L qara metal avtomobilə 10 AA 439 nömrəsi 17.04.2013 -cü ildə rəsmiləşdirilib. 
Bundan sonra 90 AA 442 nömrəsi Toyota LC 200 qara rəngli, 2010- cu il buraxılışı olan avtomobil “Azər Türk Med” MMC-nin balansına 17.06.2011 ci ildə rəsmiləşdirilib. 
Sonra 90 AA 442 Mercedes S 350 L qara metal rəngli 2008 -ci il buraxılışı olan avtomaşın 03.08.2012 ci ildə “AzərTürk Med” MMC-nin balansına verilərək rəsmiləşdirilib. 
Ən maraqlısı isə odur ki, 90 AA 442 nömrəsi, “AzərTürk Med” MMC-nin balansından çıxarılaraq, buraxılış ili 2005 ci il, ağ rəngli “Hyundai Sonata” markalı avtomaşına 17.04.2013- cü ildə rəsmiləşdirilərək Milli Məclisin balansına verilib. 
Bundan savayı Azər və Tapdıq Əmiraslanov qardaşlarına məxsus 10 ZU 060 nömrəsi 2007- ci ildə “Subaru Forester”,  2008 -ci ildə “Mercedes G 320”,  2008- ci ildə “Toyota Land cruiser”,  2010-cu ildə “Toyota LC 200”, 2011- ci ildə “Mercedes 500”, 2012- ci ildə 10 ZU 060 nömrəsi “Mercedes E 240” olaraq keçir “Azər Türk Med” MMC-nin baş direktoru Vüqar Cavadovun adına. 
Yenidən həmin il, yəni 2012- ci ildə 10 ZU 060 nömrəsi “Mercedes R 350” olaraq keçir Azər Əmiraslanovun adına. 
Sonra 10 KG 060 nömrəsi 2010- cu ildə “Mercedes S 350 L” Azər Əmiraslanovun adına rəsmiləşdirilib.
2012- ci ildə 10 KG 060 nömrəsi “Mercedes E 240” avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilib. 
2013- cü ildə isə 10 KG 060 nömrəsi “BMW 750”  markalı avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilir. 
90 CP 060 nömrəsi isə 2008 ci ildə “Subaru Forester” avtomaşınına verilərək Azər Əmiraslanovun adına rəsmiləşdirilib. 
Bundan sonra 10 BB 060 nömrəsi 2012- ci ildə “Mercedes 500” (bundan əvvəlki nömrəsi 10 ZU 060) rəsmiləşdirilib Azər Əmiraslanovun adına. 
Bəli, bircə o qalıb ki, Azər Əmirslanov atasının döşündəki deputat nişanını döşünə taxsın, deputat vəsiqəsini də cibinə qoysun. 
Bəs, görəsən Milli Məclislə “Azər Türk Med” arasındakı nömrə mübadiləsində adları keçən vəzifə sahibləri kimlərdir..? 
Bu barədə növbəti araşdırma yazısında bəhs edəcəyik. 
Araz Məmmədov 
LEGİON

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024