Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-11-2014, 15:15)
Musa Şəkiliyev Azər Kərimlini Tahir İsmayılovla əvəz etməyə çalışır

Qaxda icra başçısı-deputat qarşıdurması

 

 
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb.
Rayon İcra Hakimiyyətindən sızan məlumata görə, icra başçısı gələn il keçiriləcək parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir. Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb.
Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir: “Artıq rayonda Tahir İsmayılovun deputat seçiləcəyinə dair təbliğat işinə start verilib. Hər yerdə deyilir ki, Azər Kərimli bu dəfə deputat seçilməyəcək. Onun yerinə Tahir İsmayılovu seçəcəklər və rayonda artıq bu istiqamətdə ciddi kampaniya aparılır”.
Mənbə bildirir ki, 112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimlinin indiyə qədər Milli Məclisdə bir dəfə də olsun aktivlik göstərməməsi, nə plenar, nə də Komitə iclaslarında çıxış etməməsi, seçiciləri diqqətdən kənarda saxlaması Musa Şəkiliyevin işinə yarayır. O, bunu əlində bayraq edərək, seçicilərlə söhbətlərində “Sizə Azər Kərimli kimi yox, Tahir İsmayılov kimi deputat lazımdır” deyir.
Hazırda icra başçısı ilə deputat arasında münasibətlərin son dərəcə gərginləşdiyini deyən qaynağımız hesab edir ki, bu mübarizədən Musa Şəkiliyevin qalib çıxması daha real görünür: “Onsuz da Azər Kərimlinin seçicilər arasında heç bir nüfuzu yoxdur. Onu əksər seçiciləri ümumiyyətlə tanımır. Yəqin ki, bu fakt Azər Kərimlini tamamilə bitirəcək və o, bu dəfə parlamentə mandat ala bilməyəcək”.
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024