Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (13-02-2017, 18:46)
Böyük korrupsiyanın kiçik faktları

Rektor TQDK-dakı adamıyla birlikdə Tibb Universitetinə qəbul zamanı hər il milyonlar qazanıb və uzun illər boyu bu prosses davam edib

Tibb Universitetinin rektorunun TQDK-dakı adamı vasitəsilə qəbula da əli girib və Əmiraslanov istədiyi adamı Tibb Universitetinə qəbul olunmasını təmin etmək imkanıda olub. 

Onun dövründə Tibb Universitetinin müalicə fakultəsinə qəbulun qiyməti 100 min manat civarında imiş. Digər fakültərin də təbii ki, öz qiyməti olub.

Son günlər millət vəkili, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun və onun oğlu Azər Əmiraslanovn adı ölkə mətbuatının diqqət məkzindədir. Bu yaxınlarda isə Vüqar Bağırov adlı Bakı sakininin ölkə mətbuatında Azərbaycan prezidenti İlham Əliyevə müraciəti dərc olunmuş və bu müraciət ictimaiyyətdə geniş əks-səda doğurmuşdu. Həmin müraciətdə şikayətçi Əhliman Əmiraslanovun oğlanlarını fırıldaqçılıqda ittiham edərək, onu aldadaraq bir neçə milyon vəsait aldığını və geri qaytarmaq istəmədiyini iddia edirdi. 

Bu arada Əhliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu illərdə yol verdiyi böyük korrupsiya əmməlləri ilə bağlı MilliYol.Az-a maraqlı məlumatlar daxil olub. Sabiq rektorun Tibb Universitetinə başçılıq etdiyi illərdə hansı oyundan çıxması barədə məlumatlar verən qaynağımız bildirir ki, Elçibəy tərəfindən bu ali təhsil ocağına rektor təyin olunan Əhliman Əmiraslanov Heydər Əliyevin prezidentliyi dönəmində vəzifəsini saxlamaq üçün mərhum deputat Səfiyar Musayevin vasitəsi ilə onun lobbiçiliyini edəcək bir sıra vəzifəli şəxslərə külli miqdarda pul verib. İddiaya əsasən, məhz mərhum deputat Səfiyar Musayevin və bir sıra yüksək vəzifəli şəxslərin lobbiçiliyi nəticəsində Əhliman Əmiraslanov uzun müddət Tibb Universitetinə rəhbərliyi əlində saxlaya bilib. 

Ümumiyyətlə isə mənbə bildirir ki, Əhliman Əmiraslanov belə işlərdə çox səriştəlidir. Mənbə iddia edir ki, o, 2014-cü ildə səhiyyə naziri təyin olunması üçün lobbiçiliyini həyata keçirən şəxslərə 10 milyon dollar pul veribmiş, lakin pulu alan şəxs Əmiraslanovu nazir təyin etdirə bilməyib, əvəzində deputat seçiləcəyini, oğlunu isə nazir müavini təyin etdirəcəyini bildirib. Pulu alan adam çox nüfuzlu şəxs olduğundan Əmiraslanov ona etiraz bildirə bilməyib.

Bu qədər pulu Əhliman Əmiraslanovun necə qazandığına aydınlıq gətirən mənbə bildirib ki, həmin pulları Əmiraslanov rektor olduğu illərdə topladığı külli miqdarda rüşvət hesabına qazanıb. Yəni faktiki olaraq, Tibb Universiteti Əmiraslanovun alverxanasına çevrilib. Qaynağımızın bildirdiyinə görə, hər imtahan sessiyaları qabağı tələbələrdən külli miqdarda pul yığılırmış və bu məbləğ hər semesterdə 100 min manatlarla ölçülürmüş. Bununla yanışı, Tibb Universitetinin rektorunun TQDK-dakı adamı vasitəsilə qəbula da əli girib və Əmiraslanov istədiyi adamın Tibb Universitetinə qəbul olunmasını təmin etmək imkanıda olub. Onun dövründə Tibb Universitetinin müalicə fakultəsinə qəbulun qiyməti 100 min manat civarında imiş. Digər fakuültərin də təbii ki, öz qiyməti olub. 
Mənbə bildirir ki, TQDK-dakı adamıyla birlikdə Əhliman Əmiraslanov Tibb Universitetinə qəbul zamanı hər il milyonlar qazanıb və uzun illər boyu bu prosses davam edib. 

Universitetin Onkoloji və Tədris-Cərrahiyə klinikalarında pasiyentlərin başına açılan oyunlar barədə KİV-də kifayət qədər məlumat verildiyindən bu barədə yazmağı artıq hesab edirik. Lakin mənbə bildirir ki, Əhliman Əmiraslanovun dövründə universitetin Stomotoloji klinakasında baş verənlərdən hər kəs cana doymuşdu. Sən demə, hörmətli deputat klinikanın stomotoloji kabinetlərinin icarəsi üçün lap “Sədərək”, “Binə” bazarlarında olduğu kimi bazar tarifləri müəyyən edibmiş. Bir kabinetin aylıq icarə qiyməti 5 min AZN imiş. Ancaq əvvəlcədən 20 min AZN ödənməli, kabinet icarəyə götürənin öz hesabına təmir olunmalı, avadanlıqla təchiz edilməli imiş. Kabinetdən çıxdıqda isə həmin 20 min AZN geri qaytarılmırdı. Təbii ki, bütün bu məbləğlər sənədləşdiirlmir, heç bir mühasibat sənədlərində göstərilmir və nəticədə cənab Əmiraslanov vergidən yayınaraq dövlət büdcəsindən vergi gizlədirmiş.

Qeyd edək ki, saytımıza Əhliman Əmiraslanovun rektorluq fəaliyyəti ilə bağlı, həmçinin oğlu Azər Əmiraslanovun ilginc macəraları ilə bağlı maraqlı məlumatla daxil olub. Həmin məlumatları araşdırdıqdan sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024