Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (23-01-2017, 13:08)
İSMAYILLI - 2017: "TURİZMİN ÜMİDLƏRİNİN SÜQUTU İLİ"-ÖZƏL

 

 

"Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun. Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir". Ölkə başçısı İlham Əliyev bu sözləri turizm potensialı böyük olan İsmayıllı rayonuna səfəri zamanı söyləmişdi. Görəsən, görüləcək işlər barədə möhtərəm Prezidentimizə məlumat verən İsmayıllı İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov nə dərəcədə səmimi olub? Mediatv.az-a verilən məlumata görə barəsində dərc olunan "bəy tərifləri"ndə alim kimi, ağsaqqal kimi təqdim olunan cənab Sadıqov Prezidenti yola salan kimi onun icra başçılarına sahibkarlara şərait yaratmaq, turizm sektorunun inkişafına dəstək vermək kimi tapşırıqlarını da unutmuşdur. Daha doğrusu, bu siyasətdən yalnız özü və ətrafının bəhrələnməsi üçün o ki var çalışıb. Rayonun sosial-iqtisadi inkişafına yönəlik layihələrin həyata keçirilməsi üçün elan olunan tenderlərdə şəffaflığı, azad rəqabəti təmin etməyib, ədalətlilik prinsiplərini pozub, biznesmenlərə münasibətdə ayrı-seçkiliyə yol verib. Mediatv.az-a daxil olmuş  informasiyada  görə Turizmin inkişafına dəstək layihələri çərçivəsində inşa olunan, açılışlarında dövlət başçısının da iştirak etdiyi Velosiped Zavodu fəaliyyətsizdir, bu müəssisə Mirdaməd Sadıqovun qohumlarının sərəncamındadır. Təzə avtovağzal da passiv durumdadır, oradan bircə RİH başçısının doğma Lahıc kəndinə marşrut işləyir. Turizm deyəndə həm də daxili turizm nəzərdə tutulur. Turizm sektorunun inkişafını təmin edəcək gəlir mənbələrinə təkcə ölkəmizə təşrif buyuran xarici turistlərin deyil, həm də Azərbaycan vətəndaşlarının istirahət mövsümlərində turizm obyektlərində xərclədiyi vəsait də aiddır. Əgər ümumən Azərbaycan üçün kənardan gələn əcnəbilər qonaq sayılırsa, bir rayon üçün də digər rayondan gələn qonaq hörmətli sayılmalıdır. Başqa sözlə, mentalitetimizin bəyənilən cəhətlərindən olan azərbaycanlı qonaqpərvərliyi təkcə xaricilərə göstərmək üçün deyil, bir-birimiz üçün də vacibdir. Mediatv.az-a  daxil olan səhih məlumata görə, ötən ilin yayında Azərbaycanın başqa bölgəsinin mənsubu olan bir ziyalı ailəsi İsmayıllıdakı istirahət mərkəzlərindən birinə dincəlməyə gedibmiş. Obyektin işçilərinin nəzakətsizliyi ucbatından insident yaranıb və həmin ailənin üzvləri döyülərək təhqir olunublar. Ailənin başçısı onların istirahətini işgəncəyə çevirən obyektin rəhbərliyindən şikayətini icra başçısına çatdırıb. Lakin rayonun həm də ağsaqqqalı sayılan alim icra başçısı məsələyə biganə qalıb, nə qoçuları tənbeh edib, nə də qonaqların könlünü almağa yönəlik bir addım atıb. Başçının bu laqeydliyi qonaqlarda da, bu hadisəni eşidən-bilən hər kəsdə belə bir sual doğurur: Görən Mirdaməd Sadıqov həmin o özbaşınalıq edən, müştəri məmnunluğunu təmin etmək əvəzinə qonağını incidən, adi nəzakət qaydalarından xəbəri olmayan, turizm sektoruna soxulmuş təsadüfi şəxslər qarşısında nə gözükölgəliyi var ki, onlara bir ağsaqqal tövsiyəsi verməyə belə üzü gəlmir? Qonaq getdiyi, xeyir apardığı, pul xərclədiyi yerdə belə münasibət görən adam ikinci dəfə o məkana ayaüq basarmı? - Yox! Belə çıxır ki, dövlətin turizm siyasəti, insan və vətəndaş haqları, sahibkarlığın inkişafı, Prezidentin tapşırıqları Mirdaməd Sadıqov üçün əhəmiyyətsiz, boş şeylərdir. Bir sözlə, təkcə 2012-ci il İsmayıllıda sözdə "Turizmin inkişafı ili" imiş, sonrakılar bu sektorun inkişafı barədə ümidlərin tənəzzül dövrü olub, yeni 2017-ci il də tam süqutu kimi tarixə düşər.Bunu "Yeni İl" ərəfəsində başqa rayonlara nisbətən İsmayıllı rayonuna az turisdin gəldiyini statistik araşdırmalardan da görmək mümkündür.

 Mövzunu diqqətdə saxlayacağıq

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024