Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (31-08-2015, 17:22)
Rusiyada maliyyə böhranı Azərbaycana gələn turistlərin sayına təsir etdi

Rusiyada maliyyə böhranı Azərbaycana gələn turistlərin sayına təsir etdi

Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, şimal qonşumuzdan Azərbaycana gələn turistlərin sayının azalması orada yaşanan iqtisadi böhranla əlaqadardır. Ötən il Azərbaycana 500 min turistin gəldiyini deyən A.İsmiyev qeyd edib ki, onların arasında çoxluğu rusiyalılar təşkil edib: "Azərbyacana İran, Türkiyə, Gürcüstan və Rusiyadan hər il çox sayda turist gəlir. Ötən il Azərbaycana gələn rusiyalı turistlərin sayı bu il təəssüf ki, azalıb. Təbii ki, bunun səbəbi var. Hazırda dünyada, xüsusən də Rusiyada yaşanan böhran insanların sosial şəraitinə də təsirsiz ötüşmür. Ona görə də Rusiyadan Azərbaycana gələnlərin sayı avtomatik olaraq azalır".

A.İsmiyev bildirib ki, bir sıra bölgələrdə yeni mehmanxanaların açılması ümumilkdə Azərbaycanda turizm sektorunun inkişafına səbəb olub: "Hər il olduğu kimi bu il də bir sıra bölgələrdə turizm obyektləri açılıb. Düşünürəm ki, bu da Azərbaycanda turizmin inkişafına töfhəsini verib. Sentyabr ayında ilin yekunları ilə bağlı nəticələr bilinəcək. Həmin nəticələr əsasında bu il Azərbaycana nə qədər turistin gəldiyi və daha çox hansı bölgələrimizə getdikləri məlum olacaq".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024