Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-04-2016, 10:50)
Mirdaməd Sadıqovun Allahverdi Məmmədovla yol biznesi - təfsilat

Mirdaməd Sadıqovun Allahverdi Məmmədovla yol biznesi

İsmayıllının icra başçısı «Azərbaycan» Nəşriyyatının direktor müavini ilə yolların çəkilişi üçün ayrılmış pulların 70 faizini mənimsəyib 

İsmayıllı rayonunda yaşanan olaylar artıq «sehirbazlıq», «falçılıq» və ya «möcüzə» kimi qəbul edilməyə başlayıb. Çünki icra başçısı Mirdaməd Sadıqovun gördüyü işlərə rayon sakinləri artıq başqa ad verə bilmirlər. 

Mediatv.az Politika.Az-a istinadən xəbər verir ki, Sadıqovun «sehirli» işləri sırasında parklarda quraşdırılmış hovuzların içinə sənəd üzərində daş vurulduğu halda, reallıqda lenonium örtük vurulduğu təsdiqini çoxdan tapıb. Bundan başqa, tikinti işlərinin aşağı keyfiyyətli olması səbəbindən indiyə qədər bir neçə binada daşların sökülərək, düşməsi müşahidə olunub. Divarlarda çatların əmələ gəlməsi, hətta suvağın sementsizlik üzündən qoparaq düşməsi isə adi hala çevrilib. 

Amma İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun bu işlərdə əsas partnyorunun da adı üzə çıxıb. Məlum olub ki, «Azərbaycan» Nəşriyyatının direktor müavini Allahverdi Məmmədovla icra başçısı arasında olduqca ciddi əlaqələr var. Və bu əlaqələr əsasən yol biznesinin üzərində qurulub. Politika.az-ın əldə etdiyi məlumata görə, rayondakı bütün yol çəkilişləri ilə bağlı keçirilmiş tenderlərin qalibi Məmmədovun şirkətləri olub. Bu şirkətlərin fəaliyyəti əsasən asfaltın yeyiliməsindən ibarət imiş ki, bunun da səsi bir neçə kəndə çəkilən yolların durumu zamanı ortaya çıxıb. 

Belə ki, rayonda yolların çəkilişinə ayrılmış pulların 70 faizinin yeyildiyi iddia edilir. Allahverdi Məmmədov isə hətta özünün doğulduğu kəndə belə rəhmi gəlməyib. Çünki həmin kəndə çəkilən yolun da asfaltı cəmi bir yağışdan sonra «ağ günə» çıxıb. Məlum olub ki, aşağı keyfiyyətli asfalt örtük yağışa dözməyərək, dağılıb. 

Qeyd edək ki, Mirdaməd Sadıqov mətbuatda dərc olunmuş tənqidi yazılara da dözümsüzlük nümayiş etdirir. Məsələn, onun haqqında məqalə yayımlanan kimi, dərhal mətbuatdakı «mirzə»lərini salır həmin sayt və qəzet rəhbərliyinin üstünə. Əvvəlcə yalvar-yaxar başlayır. Alınmadısa, başqa vasitələrə baş vurulur. 

Bir misal da çəkək. Bu yaxınlarda Sadıqovla bağlı yayımladığımız məqalədən sonra özünü İsmayıllı İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Valeh adlı şəxs məlumatların əsassız olduğunu bildirib. Ardından da qeyd edib ki, İsmayıllıdakı «inkişafı» görmək üçün əməkdaşlarımızı rayona dəvət edir. Biz də öz növbəmizdə bu dəvəti qəbul edib İsmayıllı rayonunda olduq. Gəzdik, dolandıq, «inkişaf»ı tapa bilmədik. Heç görmək imkanımız da olmadı. Bu səbəbdən də bizi rayona dəvət edən Valeh adlı şəxsə telefon açıb, «inkişafı» ona göstərmək istədik. Di gəl, Valeh bir əlcə əppək olub, göyə çıxdı. Nə telefonlarımıza cavab verdi, nə də görüşümüzə gəldi. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025