Karusel / Slayd (27-12-2016, 12:45)
Akif Çovdarovla İlham Xəlilovu birləşdirən “sauna” məsələsi də varmış?
MTN-in həbs edilmiş generalı Akif Çovdarovdan zərərçəkənlər sırasında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov vaxtilə Akif Çovdarovun ondan 100 min manat tələb etdiyini və hədə-qorxu ilə bu məbləği aldığını bildirib. İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin. Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib. İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib. Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir” (musavat.com).
Bu məlumat ictimaiyyətin diqqətini çəkdi və LEGİON da öz növbəsində İlham Xəlilovun keçmişinə işıq salmağı qərara aldı. Biləcəridə İlham Xəlilovu tanıyanlar deyirlər ki, vaxtilə, bu şəxs Akif Çovdarovun adamı kimi tanınırdı, indi onun üzünə durması isə təəccüb doğurur. Belə ki, LEGİON-a daxil olan məlumata görə, İlham Xəlilov vaxtı ilə Bakı Dəmiryolu Vağzalının rəisi işləyən vaxt, bilet kassalarından satılan biletlərin pullarını mənimsədiyinə görə, Ziya Məmmədov tərəfindən işdən qovulmuşdu.
“Onun barəsində toplanmış materillar hüquq mühafizə orqanlarına verilməliydi. Ancaq Musa Pənahovla İlham Xəlilov yaxın dost olduqlarına görə, İ.Xəlilov məsuliyyətdən boyun qaçıra bildi. Və sonrada, dəmir yolundan mənimsədiyi pulları əlində toplayaraq Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəzifəsinə seçildi. Onun qayınatası Vaqif Məmmədovun adı uzun illər dəmir yolu sistemində psixoloq ştatında gedirdi. Vaqif Məmmədov dəmir yolunda yüksək rəhbər heyyətinə psixoloji təsir göstərərək, öz kürəkəni İlham Xəlilovun Bakı Dəmiryol Vağzalının rəisi vəzifəsindən də yüksək vəzifəyə gətirdi.. Xəlilov bir müddət Bakı Dəmiryol Sərnişin Stansiyasının rəisi vəzifəsində işlədi və sonradan bir müddət hətta ölkədən qaçaq düşdü. Onun vəzifədə qalıb bu cür işləməyində əlindən gələni əsirgəmiyən iki nəfər şəxs olub. Birincisi nəqliyyat nazirinin müavini Musa Pənahov və ikincisi də dəmir yolunun psixoloqu Vaqif Məmmədov”, - deyə mənbələr bildirirlər.
Həmçinin, mənbələrin LEGİON-a bildirdiyinə görə, Biləcəri qəsəbəsində yerləşən dəmiryolçuların parkının içində İlham Xəlilovla qayınatası Vaqif Məmmədovun şərikli“Çinar” adlı restoranı olub. “Dəmir yolunun yüksək rütbəli rəhbərləri vasitəsi ilə kürəkən-qaynata öz işlərini həyata keçirtmək məqsədi ilə həmin rəhbərləri öz restoranlarına səhər xaşa və axşamlarda kef eləməyə dəvət edirdilər. “Çinar” restorannın içində sauna da olub və Biləcər camaatının arasında deyilənə görə, saunaya yığışan dəmir yolunun yüksək rütbəli məmurları hətta həmin saunada gizli kameralarla lentə alınmış, sonradan İlham Xəlilov tərəfindən şantaj olunmuşdular. Və bu şantajla da, İlham Xəlilov uzun illər vəzifələrdə qalmağa nail olub. Ola bilsin ki, İlham Xəlilovun bu əməllərindən Akif Covdarovun xəbəri olduğu üçün, o İlham Xəlilovu cəzalandırmaq istəyib”, - deyə mənbələr qeyd edir.
LEGİON-a məlumat verən mənbələr xatırladır ki, 16 il bundan əvvəl Nərimanov RPİ-nin keçirtdiyi əməliyyat tədbirləri nəticəsində “Çinar” restoranının banket zalının tavanında, alçipanın içində “Makarov” tipli tapança aşkar olunmuşdu. Məlumata görə, o vaxt İlham Xəlilovun qayınatası Vaqif Məmmədov üç sutka Nərimanov RPİ-də saxlanıılmış, sonra sərbəst buraxılmışdı. O illər Nərimanov RPİ-nin rəisi Əbülfəz Çingiz oğlu Sadıqov idi... Araşdırmamız davam edir. Qarşı tərəfin də fikirini işıqlandılrmağa hazırıq .