Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (17-06-2014, 15:46)
Biləcəri bələdiyyəsinin milyoner sədrinin topladığı vergilər və sənədsiz evlərdən toplanan vergilərin bilinməyən aqibəti

 

Torpaq və əmlak vergisindən əldə olunan milyonlar hara sərf olunur?

 

Bələdiyyə seçkilərinə qısa müddət qaldığını nəzərə alaraq, bələdiyyələrin son 5 il müddətində gördükləri işlər, həmçinin yenidən öz namizədliyini irəli sürəcək bələdiyyə sədrləri və aparıcı bələdiyyə üzvlərinin gördükləri işlər və bələdiyələrin yol verdikləri korrupsiya faktları ilə bağlı oxucularımıza və seçicilərə davamlı məlumatlar verəcəyik. Hələ seçki günü elan olunmasa da, bir neçə aydan sonra seçkilərə start veriləcək. PİA.AZ-a daxil olan məlumatlara əsasən bir çox Bakı bələdiyyələrində ciddi narahatlıqlar hökm sürür. Buna səbəb isə bələdiyə sədrlərinin qanunsuz torpaq satışları və topladıqları vergilərin böyük bir qisminin mənimsənilməsi ilə bağlıdır. Hazırkı bələdiyyə sədrləri yaxşı bilirlər ki, postlarını itirdikləri zaman yeni bələdiyyə sədrləri onların bütün maxinasiyaları, qanunsuzluqlar və böyük mənimsəmə faktları ortaya çıxa bilər. Əslində bu qanunsuzluqları və mənimsəmələri gizlətmək belə mümkün deyil. Hər şey özü-özündən ortadadır.

 

Uzun müddət bələdiyyədə calışan və külli miqdarda sərvət toplayan bələdiyyə sədrlərinin belə tez əl-ayağa düşməsinin inanılmaz səbəbləri var. araşdırmamızın davamı olaraq bir daha Biləcəri bələdiyyəsində yol verilmiş nöqsanlar və bələdiyyə sədri İlham Xəlilovun korrupsiya əməlləri ilə baclı növbəti araşdırmamızı oxucularımıza təqdim edirik.

 

Qeyd edək ki, Biləcəri bələdiyyəsi Bakının ən böyük bələdiyyələrindən biri hesab olunur və onun ərazisi 750 hektara yaxındır. Bələdiyyələr yarandığı gündən torpaq satışı ilə məğul olduqlarından ictimaiyyətin də fikiri əsasən bu istiqamətə yönəlir. Amma əslində bələdiyyələrdə hər il yüz minlərlə manat vergi pulları mənimsənilir. Bu mənimsəmələr həm saxta sənədlərlə həyata keçirilir, həm də sənədsiz evlərdən toplanan vergilər bir başa mənimsənilir.

 

Bir qayda olavraq satılan torpaqlardan əldə edilən və bələdiyyə büdcəsinə keçrilməli olan milyonlarlarla manat vəsait isə müəmmalı şəkildə yoxa cıxır. Belə ki, Biləcəridə apardığımız araşdırmalar dəhşətli mənimsə və korrupsiya faktlarını ortaya çıxarıb. 

 

İlk olaraq onu qeyd edək ki, İlham Xəlilovun bələdiyyə sədri işlədiyi 2005-ci ildən bu yana bələdiyyə rəsmi hesabat verməyib. Versə belə bu hesabat ancaq kağız üzərində olub. Çünki bizim görüşdüyümüz Biləcəri sakinlərindən heç biri bu günə qədər bələdiyyəninin hansısa ümumi iclasında iştirak etməyib. Qeyd edjək ki, bütün Bakı bələdiyyələrində eyni vəziyyətdir.

 

Biləcəri bələdiyyəsimnin 2005-ci ildən bu günə qədər topladığı əmlak və torpaq vergisi isə nədənsə gizlədilib. İllik torpaq və əmlak vergisinin 225 min azn-dən 270 min azn arasında dəyişdiyini nəzərə alsaq, 2 milyon azn-dən artıq vəsait hara xərcləndiyi bu günə qədər sirrdir. 

 

Torpaq satışından əldə edilən gəlir isə fantastik mənimsəmə faktını ortaya qoyur. Biləcəri sakinləri iddia edir ki, Biləcəri qəsəbəsinin mərkəzində torpağın sotu 50-80 min dollar civarındadır. Bu barədə PİA-a məlumat verən mənbəmizin sözlərinə görə bələdiyyə sənədi ilə satılan torpağın sotu üçün 20-80 min azn pul alınır. Ancaq rəsmi sənədlərdə bu hər rəqəm 1200 azn göstərilir. Fərq ortadıdır. Nəzərə alsaq ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bu günə qədər 300 hektara qədər torpaq satıb, o zaman İlham Xəlilovun mənimsədiyi vəsaitlər milyard manatlarla ölçülür və mənimsənilən bu vəsiti tam olaraq ortaya çıxarmaq üçün bir mühasib ordusuna ehtiyac var. İşin maraqlı tərəfi odur ki, hətta bələdiyyənin büdcəsinə köçürülən hər sot torpağa görə 1200 manat belə sonradan yoxa çıxıb. Bu vəsaitlərin hara yoxa çıxmasını isə yəqin ki, İlham Xəlilov və onun bələdiyyə üzvləri, həmçinin bələdiyyənin mühasibi bilir.

 

Bundan başqa mənbə Biləcəri bələdiyyəsinin ərazisində 15 mindən çox sənədsiz evin olduğu bildirir. Hər il bu evlərdən 5-25 manat arası torpaq vergisi yığıldığı qeyd olunur. Bu məbləğin isə ildə 300 min manat civarında olduğu bildirilir. Torpaq vergisi iyun ayının əvvəlindən iyulun 1- nə kimi yığılır. Demək ki, İlham Xəlilov artıq sənədsiz evlərdən vergi yığımına başlayıb.

 

Eyni zamanda həmin evlərdən mülkiyyət vergisi də toplanır. Mülkiyyət vergisi isə evin qiymətinin yüzdə bir hissəsi olaraq bələdiyyələrə ödənilir. Mənbə bildirir ki, sənədsiz evlərdən hər il İlham Xəlilov təqribən 2 milyon manatdan artıq mülkiyyət vergisi toplayır. Yəni faktiki olaraq İlham Xəliov sənədsiz evlərin vergisindən 2,5 milyon manatdan artıq şəxsi gəlir götürür. Bu evlər sənədsiz olduğuna görə həmin vəsait bələdiyyə büdcəsinə yox, birbaşa İlham Xəlilovun cibinə gedir. Bu ancaq sənədsiz evlərdən əldə olunan qanunsuz gəlirdir. Amma Biləcəridən 1000-dən artıq sənədsiz fəaliyyət göstərən sənədsiz obyektlərin də olduğu bildirilir. Həmin obyektlərdən də toplanan vergilər birbaşa İlham Xəlilovun şəxsi kassasına daxil olur. 

 

Qeyd edək ki, sənədli evlərdən və sənədli «obyektlərdən» toplanan mülkiyyət və torpaq vergisi sənədsiz evlərdən toplanan vergilərdən bir neçə dəfə artıqdır. Bələdiyyə büdcəsinə daxil olmalı olan və Biləcəri qəsəbəsinin problemlərinə yönlədirilməli olan həmin vəsaitlər də müammalı şəkildə yoxa çıxır. Ortada isə yalnız bir yığın kağız hissəsi qalır.

 

Ardı var…

 

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024