Karusel (29-08-2016, 22:13)
500 il əvvəl Osmanlı ordusu Suriyaya necə yürüş etdi?" - Türkiyəli professor İlber Ortaylı yazdı
Türkiyənin tarix professoru İlber Ortaylı 500 il əvvəl türk ordusunun Suriyanı necə fəth etdiyini yazıb.
Mediatv.az xəbər verir ki, bəzi dairələr TSK-nın Azad Suriya Ordusu və digər koalisiya qüvvələri ilə birgə apardığı “Fərat qalxanı” əməliyyatını “yersiz güc nümayişi, Türkiyənin bataqlığa batması” kimi qiymətləndirsə də, tarixçi başqa fikirdədir.
İlber Ortaylı iddiaların əksinə olaraq “Türkiyənin cənubundan yeni bir sistem formalaşmışdı. Bu formalaşmanın regiona sülh və əmin-amanlıq gətirməyəcəyi aydın idi” – deyərək, 500 il əvvəl Osmanlı dövlətinin bu əraziləri necə nəzarətə götürdüyünü yazıb.
“İndi Cərablusa nəzarət edən qüvvə Türk Silahlı Qüvvələri və ASO-dur. Gələcəkdə nə olacağını görəcəyik, amma düz 500 il əvvəl regionda odlu silahları çox effektiv şəkildə istifadə edən bir Osmanlı ordusu var idi.
1516-cı il 24-25 avqust tarixində Yavuz Sultan Səlim bəzi tarixçilərin iddiasına görə, 80 min nəfərlə Məmlük sultanı Kansu Qavrinin öz ordusuna yaxın sayda ordusunu məğlub edərək Hələbə daxil oldu. Məmlük ordusu və sultanın yanında olan Abbasi xəlifəsinə hörmət göstərdi. Osmanlı padşahının o illərdəki strateji hədəfi İran və Səfəvi hökmdarı Şah İsmayıl idi. Belə ki, Yavuz Sultan Səlimin Çukurova və bugünkü cənubi-şərqi Anadoluda və şimali Suriya irəliləyişi məmlükləri səfəvilərlə ittifaq axtarmağa məcbur etmişdi.
Sultan Səlimin öz dövrü üçün idealları böyük idi. Suriya, Fələstin, bugünkü Livan, hətta Misiri tutmaq istədiyi aydın idi. Bu regionu ələ keçirmək ticarət yollarına nəzarət etmək deməkdir. Portuqalların Ümid burnunu dolaşaraq Hind yolu ilə ticarət əlaqəsi qurmaq məsələsi anlaşılmaz bir hal idi. Aralıq dənizinin şərqindəki müsəlman dünyası üçün tək problem portuqaliyalıların Ərəbistan yarımadası, Qırmızı dəniz və Bəsrə körfəzini nəzarətə götürmək iddialarına qarşı müqavimət göstərmək idi. Yavuz Sultan Səlim bu məsələdə qətiyyətli idi, amma regionun hakimi olan məmlüklərin portuqaliyalıların qarşısını kəsməkdə aciz olduğu görünürdü.
Mədəniyyət və zehniyyət fövqəladə şəkildə vacibdir. Fatih Sultan Mehmed və Yavuz Sultan Səlim dövründə Osmanlı ordusunun digər ordulara görə, fərqli zehniyyətə malik olduğu və dünya şərtlərinə adaptasiya olunduğu məlum olur.
İsrailli məşhur tarixçi David Ayalon Məmlük silahları və texnikası üzərində apardığı araşdırmada Misir əsgərlərinin odlu silahdan istifadə məsələsində nə qədər istəksiz və bacarıqsız olduğu haqda məlumat verir.
Sinay yarımadasını mövsüm və iqlimi hesablayaraq keçmək və Misirə girmək 16-cı əsrdəki türk ordusunun Türkiyədə deyilənlər kimi heç də “qılınc və qalxan ordusu” olmadığını göstərir".