Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-02-2014, 13:29)
2 oğlunu və 6 nəvəsini öldürən Süleyman - gerçək TARİX

 

Osmanlı sultanı Sultan Süleyman Qanuninin hakimiyyət illərindən bəhs edən “Möhtəşəm yüz yıl” serialında şahzadə Mustafanın edam səhnəsi böyük əks-səda doğurdu. Serialın edam səhnəsi ötən həftə izlənmə rekordları qırdı və üstündən 500 ilə yaxın vaxt keçsə də Süleymanın öz oğlunu edama məhkum etməyi birmənalı qarşılanmadı. Türkiyəli tarixçi-jurnalist Murat Bardakçı isə həmin hadisə ilə bağlı tarixi detalları yazıb. Bundan başqa M.Bardakçı Sultan Süleymanın edamlarının bununla bitmədiyini qeyd edib. 

AzVision.az Türkiyə mətbuatında yayımlanan həmin yazını təqdim edir: 
“Muhteşem Yüzyıl” nə qədər müddət yayımlanacaq və onun gələcək seriyalarında hansı faktlar yer alacaq bilmirəm, amma yəqin ki, növbəti seriyalarda başqa bir faciə ilə qarşılaşacağıq: “Qanuni Sultan Süleymanın Şahzadə Mustafadan sonra daha bir oğlunu və 5 nəvəsini edam etdirməsi faktı ilə! Qısaca deyim: Qanuninin öz qanından olan və edam etdirdiyi tək adam Şahzadə Mustafa deyil. Hökmdar ümumilikdə iki oğlunu və altı nəvəsini boğdurub! O vaxtların Türkiyəsi 1553-cü ildə Mustafa ilə kiçik oğlunun edamından 8 il sonra digər şahzadənin, yəni Qanuninin Hürrəmdən olan oğlu Şahzadə Bəyazid və azyaşlı olan 5 oğlu edam ediləcək! 

Qanuninin digər övladı, yəni Şahzadə Bəyazidi qətl etdirməsinə səbəb olan əhvalatın qısa tarixçəsi belədir: Sultan Süleymanın səkkiz oğlu olub; Murad, Mahmud və Abdullah uşaq olanda ölüblər, hökmdarın sevimlisi olan Şahzadə Məhəmməd isə 1543-cü ildə vəfat edib, Mustafa 1553-cü ildə edam edilib, ən gənc olan Cahangir isə bu edama görə yaşadığı kədərdən qısa müddətdə dünyasını dəyişib. Yalnız iki şahzadə qalmışdı. Hər ikisi də Hürrəm Sultandan doğulan Səlim və Bəyazid... Şahzadələr həmin dövrün adətinə uyğun olaraq Anadoludakı vilayətlərə başçı göndərilmişdi. Səlimin göndərildiyi yer Manisa, Bəyazidinki isə Kütahya idi. İki qardaş arasında nüfuz uğrunda mübarizə başlamışdı. Oğullarının ambisiyası və bir-birinə nifrətinə görə qan töküləcəyindən narahat olan Qanuni onların hər ikisinə “lələ” adlanan məsləhətçi şəxs verir və bir-birlərindən daha uzaq yerlərə göndərir. Səlimi Konyaya, Bəyazidi isə Amasayaya. Əsas münaqişə də elə bu dəyişiklikdən sonra baş verir. Belə ki, şahzadələr arasındakı intriqa lələlərin qızışdırmağı ucbatından daha da artır və 1559-cü ildə müharibəyə qədər gedib çıxır. 

Qanuni şahzadələrə məsləhətlər versə də onlara sözünü keçirə bilmədi və iki şahzadə öz orduları ilə bir-birilərinin üzərinə hücuma keçir. Onlar 1559-cü ilin mayında Konya düzündə qarşı-qarşıya gəlirlər. Mayın 30-u başlayıb axşama qədər davam edən savaşda heç bir nəticə əldə edilmir və hansı tərəfin qalib gəldiyi məlum olmasa da Şahzadə Bəyazid əsgərlərini alıb geri qayıtmağa üstünlük verir və Səlimə hücum etmək üçün doğru vaxtı gözləməyə başlayır. Bəyazidin hərəkəti artıq taxt uğrunda mübarizənin həddini aşmış və dövlətə üsyana çevrilmişdi. Vəziyyətin getdikcə ciddiləşdiyini başa düşən Qanuni həmin il iyunun 5-də ordu ilə birlikdə Üsküdara gedir və Amasyadakı oğluna hücuma keçmək üçün hazırlıqlara başlayır. Şahzadə Bəyazid ən böyük səhvini də atasının üsküdara gəldiyini eşidəndə edir: Oğullarından dördünü özü ilə götürərək 12 min əsgərilə birlikdə sığınacaq almaq üçün İrana doğru yola çıxır. Onun taleyi böyük əmisi Cem Sultan kimi olacaqdı. Qanuni oğlunun o illərdə Osmanlının düşməni olan İrana sığınmasının qarşısını almaq üçün onun arxasından Sokullu Mehmed Paşanın başçılığı ilə ordu göndərir, amma Bəyazidin əsgərləri bu ordunu İran sərhəddində qılıncdan keçirirlər və şahzadə, əsgərləri ilə birlikdə İrana çata bilir.

Bəyazid 1559-cu il oktyabrın 21-də İranın o vaxtkı paytaxtı Qəzvində Şah Təhmasib tərəfindən təntənəli mərasimlə qarşılanır. Osmanlıya qarşı əlinə əla fürsət düşdüyünə görə sevinən Təhmasib, şahzadə üçün xüsusi saray ayırır, oğullarının hər birini iranlı bəylərin himayəsinə verir, amma eyni zamanda Bəyazidlə birlikdə gələn 12 min əsgərdən 9 min nəfərinin Osmanlıya geri qayıtmasını təmin edir. Şahzadənin yanında hələ 3 min əsgəri var idi və onlardan bəzisi Qanuni ilə Şahzadə Mustafaya qarşı müvəffəqiyyət qazanılmasa da İranda əllərində hələ də şans olduğunu düşünüb Şah Təhmasibi devirərək İran hökmdarı olmaq həvəsinə düşürlər. Bu təşəbbüsün xəbərinin yayılması isə Bəyazidin ilk fəlakəti olur və Təhmasib şahzadənin əsgərlərini qılıncdan keçirəndən sonra onu həbs etdirir. Həmin günlərdə Bəyazid atasına şeir formasında məktublar yazır, səhv etdiyini deyib əfv edilməsini istəyir. Qanuni Süleyman da şeir formasında göndərdiyi cavab məktubunda “Tövbə etsən, bağışlaya bilərəm” deyir, amma bütün bu baş verənlərdən sonra onun bağışlanması mümkün deyildi. Qürbətdə olan şahzadənin taleyi 1561-ci il 25 sentyabrda faciəvi şəkildə bitir. Şah Təhmasib 1 milyon 200 min qızıl və Qar qalasının qarşılığında Bəyazidi Qanuni ilə Səlimin elçilərinə verir və bunu Bəyazidi utandıracaq şəkildə reallaşdırır. Belə ki, o, Bəyazidin saqqalını və bığını təraş etdirdikdən sonra yanına gətizdirir və Osmanlı elçilərini də çağırır. Onlardan “Bəyazid Xan budur?” – deyə soruşur, “Bəli” cavabını eşidtdikdən sonra şahzadəni təslim edir və Şahzadə Səlimin adamlarından biri Bəyazidi elə oradaca boğur və ondan sonra Bəyazidin iranlı bəylərin malikanəsindən götürülən 4 oğlu edam edilir. Edamlar bununla bitmir. Belə ki, Şahzadənin İrana gedəndə çox kiçik olduğuna görə özü ilə aparmadığı, Amasyada qalan oğlu da anasının əlindən alınıb öldürülür. Qanuni isə Şah Təhmasibə verdiyi sözün üstündə durmur. O, Bəyazidin sağ-salamat təslim edilməsi qarşılığında Təhmasibə vədf etdiyi 1 milyon 200 min qızıldan yalnız 400 min qızılı verir. Qars qalasını vermək fikrini isə dəyişir və qalanı Təhmasibə vermir. 

Şahzadə Bəyazidin İran macərası Osmanlı tarixində Cem Sultan hadisəsindən sonra yaşanan ən kədərli hadisələrdən biri hesab olunur. Amma Qəzvindəki edam taxtın varisi olan qardaşlar arasında baş verəcək müharibələri və on minlərlə insanın ölümünə səbəb olacağından bunun qarşısını almaq məqsədilə edildiyindən Fatehin “Qanunnamə”sinə görə hüquqi akt sayılırdı və məcburi idi. Türkiyənin bundan 4 əsr əvvəlki tarixinin qaranlıq səhifələrindən biri, yəni Qanuninin oğlu Şahzadə Mustafanı edam etdirdiyinin indi üzə çıxmasından sonra bu qədər qiyamət qopursa, “Möhtəşəm Yüz yıl”da Şahzadə Bəyazid hadisəsi də canlandırılsa, onda nələr olacaq! 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024