Karusel / Slayd / Redaktor seçimi (9-01-2023, 09:24)
Dəmiryol infrastrukturu “metallom” bazarına çevirib?
“Mediatv.az” informasiya agentliyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) struktur vahidlərində baş verən talançılıq faktlarını ictimailəşdirəndən bəri, az qala hər gün redaksiyamıza sistemdə davam etməkdə olan neqativ hallar barədə məlumatlar daxil olmaqdadır. Növbəti məlumata görə, bir neçə gün öncə saat 15-16 radələrində təqribən 15 ton yararlı relslər metal tullantısı kimi Biləcəri Yol Sahəsindən drezinlə (Yol təmirində materialların və işçilərin daşınması üçün istifadə olunan, mühərrik və ya insan gücü ilə işləyən kiçik dəmir yolu nəqliyyatı vasitəsi) daşınaraq 10-cu postdan - Güzdək doldurma stansiyasına gedən yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə təhvil verilib.
Müxtəlif yollarla silinərək əldə olunan relsər Abşeron Loqistik Mərkəzinə, 10-cu postun yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə, Xırdalan və Keşlə stansiyalarında yerləşən dalan yol sahiblərinə nəğd pula satılır. Hal-hazırda Biləcəri Yol Sahəsi tərəfindən Keşlə stansiyasında sahibkara məxsus dalan yolunda əsaslı təmir işləri aparılır. Həmin yola da xeyli sayda yolun üst quruluşu materialları aparılmışdır-deyə məlumatda bildirilir. Mediatv.az-a verilən məlumata görə Xaçmaz yol sahəsindən Biləcəri yol sahəsinə göndərilən köhnə rels-şpal çərçivələrinin miqdarı QSC-nin İnfrastruktur Departamentinin baş mühəndisi Əfqan İsrəfilovun və Departamentin Yol Xidmətinin rəisi Xəlil Alışovun göstərişi əsasında yüklədiklərindən az göstərilir. Misal üçün, 2300 poq/metr rels-şpal çərçivəsi göndərildiyi halda, sənədlərdə 2000 poq/metr göstərilir. Qalan 300 poq/metr yolun materialları Biləcəri Yol Sahəsi tərəfindən satılır. Ona görə də Xaçmaz Yol Sahəsində olan köhnə rels-şpal çərçivələrinin qalığında çoxlu material çatışmazlığı var”.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024