Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 22:08)
“Bayrağa Sarılan Qəhrəman” – Şəhid Əli Məmmədzadənin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

 

Mediatv.az  Veteran.gov.az-a istinadən  xəbər verir ki, 12 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Bayrağa Sarılan Qəhrəman” adlı anım tədbiri keçirilib. Tədbir şəhid Əli Məmmədzadənin ömür yoluna və şərəfli döyüş fəaliyyətinə həsr olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid və veteranlarımızın rəşadəti sayəsində 8 Noyabr zəfərinin təmn edildiyini bildirib.
 
Tədbirin moderatoru Gülnarə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, xalq–ordu birliyinin əhəmiyyətindən bəhs edib, şəhid Əli Məmmədzadənin həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verib. O, qəhrəman şəhidimizin Vətənə sədaqətini, göstərdiyi igidliyi və gənc nəsil üçün örnək olan vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. Daha sonra tədbir iştirakçıları və fəxri qonaqlar təqdim edilib.
Tədbirdə çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və millət vəkili, ictimai-siyasi xadim Vüqar İskəndərov yer alıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi xüsusi qeyd olunub.
Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı kompozisiya təqdim olunub. Kompozisiyada Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri Elmar Hüseyn, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və 65 nömrəli tam orta məktəbin direktoru Qamət Tağıyev iştirak ediblər.
 
Tədbir çərçivəsində şəhid Əli Məmmədzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun həyat yolu, döyüş xatirələri və ailəsinin fikirləri tədbir iştirakçılarına təqdim olunub.
Sinif rəhbəri Günay Xasayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının Zəngilan rayon Təşkilatının rəhbəri Ənvər Qarayev və Şəhid Ailələrinin Hüquq Müdafiəsi İB-nin üzvü, qazi Ramin Şirinov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.
Tədbir yüksək təşkilatçılıq şəraitində, böyük ehtiram və vətənpərvərlik ruhunda baş tutub. Tədbirin sonunda vətənpərvərlik mahnıları ifa olunub, xatirə şəkli çəkilib.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026