Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (4-08-2022, 08:12)
Padar–Çöl Göylər dəmiryol xətti: Yenisi tikilmədən köhnəsi satılıb?

 





Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən getməsi ilə özü ilə bir çox sirləri də apardı. Bu müəmmalardan biri barədə söz açmaq istəyirik.
Əvvəlcə o qədər də uzaq olmayan tarixə nəzər salaq: 02 oktyabr 2017-ci il. Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun açılışında Prezident İlham Əliyev də iştirak edir. Yerli əhali dövlətimizin başçısı ilə görüş zamanı Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyət kəsb edən, ötən əsrin 70-ci illərində salınmış Padar–Çöl Göylər dəmiryol xəttinin bərpasını da xahiş etmişlər.
Prezidentin tapşırığından 5 ilə yaxın vaxt keçməsinə vaxmayaraq, dəmiryol xəttinin bərpası ilə bağlı heç bir iş görülməmişdir. Bu azmış kimi,Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə bərpasına ehtiyac olan həmin xəttə aid təxminən 43 km-ə yaxın dəmiryol relsləri və şpalları sökülmüş və 1200 tona yaxın dəmir materialı mədaxil edilmədən metal qəbulu məntəqələrinə qanunsuz olaraq satılmışdır.
Mediatv.az saytı adından məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin 1-ci müavini cənab Əlirza Süleymanova 20 iyun 2022-ci il tarixli, 10/229 nömrəli məktub ünvanlayaraq, araşdırma aparmaq istədiyimizi bildirdik və bu yöndə fəaliyyətimizə şərait yaradılmasını, zəruri məlumatların verilməsini xahiş etdik. Lakin QSC rəhbərliyi “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Azərbvaycan Respublikası qanunlarına məhəl qoymayaraq ay yarımdır ki, müraciətimizə cavab vermir. Halbuki, araşdırdığımız məsələdə söhbət sözün hərfi və həqiqi mənasında cinayət işindən, külli miqdarda dövlət əmlakının oğurlanaraq mənimsənilməsindən gedir. Hətta, dəmiryol xəttinin bərpası təyinatı ilə vəsait ayrılmamışsa belə, mövcud köhnə xəttin sökülərək satılmasına da icazə verilməyib.        
Araşdırmalarımız davam edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024