Cəmiyyət (Bu gün, 11:31)
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı
Cəmiyyətin ən həssas və eyni zamanda ən şərəfli təbəqələrindən biri olan müharibə, əmək və silahlı qüvvələr veteranlarının sosial müdafiəsi, hüquqlarının qorunması və problemlərinin həlli hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Bu istiqamətdə səmərəli fəaliyyəti ilə seçilən qurumlardan biri də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıdır.Təşkilatın sədri, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında son illər həyata keçirilən işlər veteranlar arasında razılıq və məmnunluq doğurur. Qurumda formalaşmış açıq qapı prinsipi nəticəsində veteranların müraciətləri operativ şəkildə dinlənilir, onların sosial, məişət və hüquqi problemləri sistemli şəkildə araşdırılır.
Xüsusilə diqqət çəkən məqamlardan biri təşkilatda maliyyə şəffaflığının təmin olunmasıdır. İctimai etimadın qorunması baxımından bu amil olduqca vacibdir. Şəffaf idarəçilik prinsipləri, hesabatlılıq və məsuliyyətli yanaşma qurumun fəaliyyətində əsas xətt kimi müşahidə olunur. Son bir neçə ildə təşkilatın üzvü olan veteranların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət qurumları qarşısında çoxsaylı müraciətlər və təkliflər irəli sürülüb. Mənzil-məişət problemləri, tibbi təminat, sosial müavinətlər və məşğulluq məsələləri ilə bağlı qaldırılan təşəbbüslər nəticəsində bir sıra konkret nəticələr əldə olunub.Polkovnik Cəlil Xəlilovun təşəbbüsü ilə aidiyyəti qurumlarla qurulan konstruktiv əməkdaşlıq veteranların problemlərinin daha operativ həllinə şərait yaradıb.Lakin təəssüf ki, hər bir uğurlu fəaliyyət kimi, bu təşkilatın da nailiyyətlərini həzm edə bilməyənlər var. Bəzi şəxslər reallığı qəbul etmək əvəzinə, qarayaxma kampaniyalarına üstünlük verir, əsassız iddialar və böhtan xarakterli fikirlərlə ictimai rəyi çaşdırmağa çalışırlar.
Halbuki faktlar tamamilə başqa mənzərəni göstərir. Təşkilatın rəhbəri, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər konkret nəticələr doğurub, yüzlərlə veteranın problemi həllini tapıb və ya həll mərhələsinə daxil olub. Dövlət qurumları ilə qurulan sağlam əməkdaşlıq modeli təşkilatın formal deyil, real təsir gücünə malik olduğunu sübut edir. Bu isə təşkilatın formal deyil, real və nəticəyönümlü fəaliyyət göstərdiyini nümayiş etdirir.Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı təkcə bir ictimai birlik deyil, həm də minlərlə veteran üçün ümid və dayaq ünvanıdır. Qurumun fəaliyyəti göstərir ki, düzgün idarəçilik, şəffaflıq və insan amilinə həssas yanaşma olduqda ictimai təşkilatlar cəmiyyət üçün real fayda verə bilir.Veteranlara göstərilən diqqət və qayğı isə, şübhəsiz ki, onların xidmətlərinə verilən dəyərin bariz nümunəsidir.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
12 02 2026
























