Cəmiyyət (Bu gün, 13:48)
9 nömrəli xüsusi internat məktəbinin işçilərinin maaşları niyə verilmir?
Emil Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin texniki işçilərinin maaşları yarımçıq verilir.
Bu iddia ilə işçilər “Xəzər Xəbər”ə müraciət ediblər. Onlar iddia edirlər ki, 3 aydır əmək haqlarının yalnız 50 faizini ala bilirlər. Lakin bunun səbəbi heç nə ilə əsaslandırılmır.
Ərazidə çəkiliş apardığımızı görən məktəb rəhbərliyi isə kamera qarşısında danışmaq, məsələyə münasibət bildirmək istəmədi.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirildi ki, 9 nömrəli xüsusi internat məktəbin adı və statusu dəyişdirilərək inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinə çevrilib. Statusun dəyişməsi ilə əlaqədar olaraq, əvvəlki “xüsusi internat məktəbi” statusuna əsasən, işçilərə öncəki dövrdə tətbiq edilən 50 faiz əlavə ödəniş qüvvədə olan normativ tələblərə uyğun qaydada tənzimlənib. Bu dəyişiklik yalnız xüsusi siniflərdə birbaşa tədris və təlim fəaliyyəti aparmayan vəzifələr üzrə şamil edilib və normativ-hüquqi əsaslara söykənir. Müəssisə rəhbərliyi tərəfindən əməkdaşlara aparılan dəyişikliklərin hüquqi əsasları ətraflı izah olunub, bütün ödənişlər qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026

























