Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 22:13)
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

 

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen şəhərində “France 24 telekanalına verdiyi müsahibə sübut etdi ki, bundan sonra da Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində Azərbaycanın Fransa ilə olan münasibətinə aydınlıq gətirməklə yanaşı, bütövlükdə dövlətimizin digər ölkələrlə münasibətdə əsas tutduğu meyarları da şərh edib:
“Prezident İlham Əliyev müshaibəsində bildirdi ki, Fransa ilə ölkəmiz arasında siyasi-diplomatik müstəvidə yaşanan gərginliyin səbəbkarı rəsmi Parisdir və Azərbaycan məhz Fransa hökumətinin yürütdüyü siaysətə cavab olaraq bəzi addımlar atmaq, bəyanatlar vermək məcburiyyəti qarşısında qalıb. Fransanın separatçıların açıq şəkildə müdafiə etməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması, ölkəmizin ünvanına yalan və böhtanlar səsləndirməsi fonunda Azərbaycan Fransa ilə bağlı həqiqətləri dilə gətirib ki, bu həqiqətlər hər kəsə məlumdur. Bununla yanaşı, dövlət başçısı Fransa-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasının mümkünlüyünə də toxundu və bildirdi ki, münasibətlərin inkişafı yalnız qarşılıqlı hörmət əsasında mümkündür.
Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, normal münasibətlərin inkişafı üçün suveren dövlətlərin bir-birlərinə hörmət etməsi, eyni zamanda bir-birlərinin daxili işlərinə müdaxilə etməməsi zəruridir. Yalnız bu halda sağlam, dinamik inkişafa səbəb olan münasibətlər qurmaq olar.
Prezidentin məlum müsahibəsindən həm də bu nəticə hasil oldu ki, Azərbaycan bugünə qədər olduğu kimi, bundan sonra da beynəlxalq münasibətlərdə hər bir dövlətə adekvat yanaşacaq, hər ölkəylə onun layiq olduğu şəkildə davranacaq. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin qərarlarına, suverenliyinə, hüquq sisteminə hörmətlə yanaşan hər bir dövlət özünə münasibətdə də eyni ehtiramı görəcək. Öz məkirli məqsədlərinə nail olmaq üçün Azərbaycana təzyiq etməyə çalışan, onunla təhdid dili ilə danışmağa cəhd edən dövlətlərin qazancı isə yalnız məyusluq və rüsvayçılıq olacaq”.
Seymur ƏLİYEVшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026
13 02 2026