Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (6-09-2022, 11:47)
İqtisadiyyatımızın “ŞAH DAMARI” GƏMİRİLİR

 





“Mediatv.az” İnformasiya Agentliyinin redaksiyasına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bəzi struktur vahidlərində qanunsuzluqlar, talançılıqlar barədə məlumatlar daxil olmaqdadır. “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq həmin məlumatları ictimailəşdirməzdən əvvəl yoxlamağı özümüzə borc bildik və QSC rəıhbərliyinə 05 iyul 2022-ci il tarixli 10/230 saylı sorğu məktubu ünvanladıq.
Konkret olaraq, 13 saylı Yevlax Dəmiryol Sahəsinin Ləki məntəqəsinin balansında olan dəmir məmulatlarından 200 tona qədər çatışmazlıqların aybaay sənəddən sənədə keçməklə hissə - hissə silinməsinə cəhd edilməsinin yoxlanılmasını; 8 saylı Saatlı Dəmiryol Sahəsində  kifayət qədər dəmir məmulatlarının çatışmazlığını yoxlamaq üçün yol ustalarının hesabatlarının araşdırılmasını, eyni zamanda adı çəkilən dəmiryol sahəsinin ştat cədvəlində adları gedən, amma işə çıxmayaraq başqa işlərdə məşğulluqlarını təmin edən şəxslərin Saatlı məntəqəsində,Sarıcalar məntəqəsində, habelə Vətəgə - Ağcabədi məntəqəsində işçilərinin davamiyyətinin yoxlanılmasını və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etdik.
Mediatv.az xəbər verir ki,QSC tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması haqqında” AR Qanununun tələbləri pozularaq, düz bir ay sonra QSC-nin infrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilovdan cavab gəldi ki, bəs məktubumuzda qeyd olunanlar aidiyyəti üzrə araşdırılmış və sözügedən məsələlər öz təsdiqini tapmamışdır.
Əvvəla, məktubumuz QSC-nin sədr vəzifəsini icra edən Hicran Valehova ünvanlandığı halda, cavabın Cəmiyyətin infrastruktur departamentinin heç olmasa direktoru tətəfindən deyil, baş mühəndisi tərəfindən yazılması təəccüblüdür. Şübhələnməyə əsas tapırıq ki, baş mühəndisin belə bir cavab məktubu yazmağa heç statusu çatmaya bilər. Bəlkə də ona istehza ilə deyilib ki, “ay mühəndis Əfqan İsrafilov, bəlkə jurnalistin məktubuna sən cavab yazasan".
Nə isə, baş mühəndis ezamiyyət götürüb  nə vaxt Yevlaxa, Saatlıya getdi, necə yoxladı – deyə bilmərik. O əgər doğru-dürüst araşdırma aparmaq istəsəydi, gərək ilk növbədə dəmiryol idarələrinə deyil, iş günündə heç bir xəbərdarlıq etmədən birbaşa ərazilərə baş çəkəydi...
Digər yandan, redaksiyamıza dəmiryol idarəçiliyi sitemində baş alıb gedən başqa qanunsuzluqlar barədə informasiyalar daxil olmaqdadır. Belə ki, etibarlı mənbədən Mediatv.az-a verilən məlumata görə, 13 saylı Yevlax Dəmiryol Sahəsində çatışmayan 200 ton dəmir məmulatı müəyyən vəzifəli şəxslər tərəfindən silinmiş, bir nəfər usta işdən çıxarılmış və həmin ustaya vəd edilmişdir ki, üç ay gözləsin, ara sakitləşəndən sonra yenidən işə bərpa ediləcək. Maraqlı məntiqdir, deyilmi? Talançıya vəd edilir ki, ona yenidən işinə qayıtmağa, yenidən talamağa şərait yaradılacaq.
Redaksiyamıza daxil olmuş başqa bir məlumatda deyilir ki, sahənin Bərdə məntəqəsində 3 yol ayırıcı çatışmır ki, hərəsi 20 ton ağırlığında dəmir məmulatıdır. Orada da təqsiri bir ustanın üstünə yıxıb işdən çıxarıblar.
Belə görünür, qeyd etdiyimiz informasiyaları araşdırmaq üçün daha QSC rəhbərliyinə deyil, hüquq-mühafizə, cinayət təqibi orqanlarına müraciət etməliyik.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024