Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-01-2023, 10:43)
Dəmiryolunda talançılıq davam edir

 




İki ay əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Rövşən Rüstəmov sədr təyin olunsa da,  Cəmiyyətin strukturlarında çalışan vəzifəli şəxslərin qanunsuz əməlləri davam etməkdədir və bu sistemdə neqativ halların 2023-cü il siyahısı da rəsmən açılmışdır. Xatırladaq ki, bu mövzuda qələmə aldığımız əvvəlki tənqidi məqalələrdə QSC-nin İnfrastruktur Departamentinin baş mühəndisi Əfqan Səfilovun və Departamentin Yol Xidmətinin rəisi Xəlil Alışovun patronajlığı altında Saatlı, Ağcabədi, Biləcəri, Ələt, Hacıqabul Dəmiryol Sahələrinin rəislərinin və digər funksionerlərinin ağac şpalları, çevirici tirləri, yarım-yararlı relsləri, yoldəyişənləri adı və ünvanı bəlli konkret şəxslərə nağd pula satmaları faktları barədə məlumatları ictimailəşdirmişdik.
Bu günlərdə isə “Meditv.az” saytının redaksiyasına belə bir məlumat daxil olub ki, Xaçmaz polisi dəmiryol relslərinin satılması hadisəsini baş verdiyi yerdə və məqamda aşkarlayıb. Xaçmaz 1 saylı dəmiryol sahəsinin rəisi, sahə ustası, bir də müavini saxlanılıblar. Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslər dindirildikdən sonra sərbəst buraxılıblar. Məlumatda İnfrtastruktur Departamentinin bu növ talançılığa rəvac verən yuxarıda adlarını çəkdiyimiz vəzifəli şəxslərinin - Əfqan Səfilovun və Xəlil Alışovun polisin saxladığı şəxsləri buraxması üçün təsir etdikləri bildirilir.
Dosyesindən məlum olduğu kimi, QSC sədri cənab Rövşən Rüstəmov hazırki vəzifəsinə təyin olunmazdan əvvəlki bir ildən artıq müddətdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini işləyib və dəmiryol sistemində baş verən proseslərdən məlumatlı idi. QSC-nə rəhbər təyin olunduğu iki aydan bir az artıq müddət isə yəqin ki onun real vəziyyəti qiymətləndirməsi üçün kifayət edib. Ona da şübhə yoxdur ki, yeni rəhbərlik sistemdə əliəyrilərin kimlər olduğunu müəyyənləşdirib. Adətən belə olan halda rəhbərlik ya onlara qapını göstərib vəzifələrindən kənarlaşdırır, ya da ən yaxşı halda ciddi xəbərdarlıq edərək işlərini sahmana salmağı tövsiyə edir. Belə görünür ki, Əfqan Səfilovdan və Xəlil Alışovdan nə getmələri, nə də işlərini sahmana salmaq tələb olunmayıb. Bəs görəsən onların qarşısına hansı tələb qoyulub ki, onu yerinə yetirmək üçün qanunsuz əməllərini daha da intensivləşdiriblər?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mövzuya qayıdacağıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024