Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (7-12-2022, 13:57)
“Azərbaycan Dəmir Yolları” QSC-də 5 aylıq xaos dövrü

 







“Mediatv.az” saytında artıq xeyli vaxtdır ki, dəmiryol sistemində baş alıb gedən talanlar, qanunsuzluqlar, hüqupozmalar mövzusunda məqalələr təqdim edir. Bu vaxt ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi dəyişmiş, Rövşən Mürvət oğlu Rüstəmov QSC-nə sədr təyin edilmişdir. Ona qədər sədr vəzifəsini icra edən sədr müavini Hicran Valehovun rəvac verdiyi qanunsuzluqların izi hələ ki isti olsa da, belə görünür onları araşdıran yoxdur. Sanki cəmiyyəti belə fikirlə barışdırmaq istəyirlər ki, Cavid Qurbanovun rəhbər vəzifədən getdiyi 24 may 2022-ci il tarixdən Rövşən Rüstəmovun sədr təyin olunduğu 25 oktyabr 2022-ci il tarixədək ötən 5 ay ərzində dəmiryol sistemində kim nəyi, nə qədər talan eləyibsə - eləyib, itirib-axtaran olmayacaq.    
Hərçənd, bu qaranlıq 5 ay üçün hesab sorulmalı şəxs təkcə Hicran Valehov deyil. Əvvəlki məqalələrdə adlarını çəkdiyimiz Saatlı, Yevlax Dəmiryol Sahələrinin rəisləri ilə isə kiçik məmurlardır. Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərliyi dövründə (departamentə yeni rəis təyin olunana qədər) onun qeyri-peşəkarlığından istifadə edərək Departamentin baş mühəndisi Əfqan İsrafilov və Yol xidmətinin rəisi Xəlil Alışov tərəfindən də çoxlu sayda qanun pozuntularına yol verilib.Belə ki Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərlik etdiyi dövrdə  təzə ağac şpalları, çevirici tirləri, yarım-yararlı relsləri Abşeron stansiyasında Loqistika mərkəzinə, Şimal sahəsində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq yoldan çıxarılan yoldəyişənlərin ən azı 16 dəstini "KONTUR" Şirkətinə nəğd pula satılmışdır. Satılmış təzə materiallar əsasən Xaçmaz, Biləcəri, Ələt, Hacıqabul yol sahələri tərəfindən silinmişdir. Əgər yoxlama aparılarsa, göstərilən faktlar artıqlaması ilə öz təsdiqini tapacaqdır.
Mövzuya qayıdacağıq.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024