İqtisadiyyat (7-01-2015, 17:22)
TAP-a yeni rəhbər təyin olunub

Bu vəzifədə Kyetil Tunqləndi əvəz edən Yan Bradşav fevralın 1-də işə başlayır
TAP layihəsinin (Trans-Adriatik Qaz Boru Kəməri) icrası ilə məşğul olan "TAP AG" şirkətinin yeni rəhbəri Yan Bradşav (Ian Bradshaw) fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq. Bu barədə "Report"a TAP-ın mətbuat xidmətindən məlumat verilib.
Layihənin əvvəlki rəhbəri Kyetil Tunqlənd (Kjetil Tungland) isə əsas tərəfdaşlardan olan "Statoil" şirkətindəki 4,5 illik fəaliyyətini başa vuraraq Norveçə dönəcək: "O, 2010-cu ildə fəaliyyətə başlayıb və 2013-cü ilin iyulunda uğurla TAP layihəsini qazana bilib".
Y.Bradşav isə TAP-a yenicə qoşulan "BG Group"da 2005-ci ildən müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bundan öncə o, BG-nin vitse-prezidenti olaraq Avstraliyada QCLNG meqalayihəsini qazanmağa nail olub və ümumilikdə neft-qaz sektorunda 34 illik iş təcrübəsinə malikdir.
TAP-ın yeni rəhbəri Durhan Universitetinin mühəndislik fakültəsini bakalavr pilləsi üzrə bitirib və "Shell"in Malayziya, Hollandiya, Böyük Britaniya və Norveçdəki ofislərində çalışıb. 2008-ci ildə isə Kolumbiya Universitetinin ali idarəetmə fakültəsinin məzunu olub.
Xatırladaq ki, BP, SOCAR və "Statoil"un hər biri TAP-da 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya malikdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ –İdarənin keçmiş əməkdaşından şok açıqlama
4 11 2025
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025

























