Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-01-2015, 18:43)
Nəqliyyatda gediş haqları artırıla bilər?

Nəqliyyat Nazirliyi: “Sahibkarlar gediş haqlarının artırılmasında maraqlıdırlar”

 

Metropoliten: “Bu Tarif Şurasının səlahiyyətində olan bir məsələdir”
Yeni ilin ilk günlərində nəqliyyatla bağlı yayılan xəbərlər ictimaiyyəti narahat edir. Mətbuatda yayılan qeyri-rəsmi məlumatlara görə, yaxın zamanda marşrutlarda gediş haqları artırıla bilər. 
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bu haqda rəsmi məlumatın olmadığını bildirdi: “Yeni avtobusların gətirilməsinin gediş haqlarına aidiyyatı olmayacaq. Bunun üçün öncə Nəqliyyat Nazirliyi Tarif Şurasına müraciət etməlidir. Yalnız Tarif Şurasının qərarı ilə gediş haqları artırıla bilər. Ancaq Nəqliyyat Nazirliyi qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu cür söhbətlər mətbuatda gəzir, ancaq əsası yoxdur”. 
Nazirlik sözçüsü bildirdi ki, təkcə, Nəqliyyat Nazirliyinin yox, sərnişin daşınması xidməti ilə məşğul olan şirkətlərin də istəyi var ki, marşrutlarda gediş haqları artırılsın: “Sahibkarların həmişə daha çox pul qazanmaq üçün, xərcləri qarşılamaq üçün gediş haqlarının artırılmasında maraqlı olublar. Sahibkarlar tərəfindən  də bizə müraciətlər olub. Biz ötən il qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etmişdik, qəbul olunmadı. Bu il isə müraciət etməmişik”.
Digər iddialara görə, avtobuslarda gediş haqlarının artırılması insanların metrodan daha çox istifadə etməsinə gətirib çıxaracaq ki, bu da metroda gediş haqlarının artmasına səbəb olacaq. Bir neçə dəfə bildirilib ki, guya metroda bir sərnişininin daşınma xərci 49 qəpikdir və bu xərcin  29 qəpiyi  dövlət büdcəsindən ödənilir. 
 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, hazırda belə bir məsələ Metropolitendə müzakirə mövzusu deyil: “Bu doğrudur ki, bir nəfərin metrodan istifadəsi ilə bağlı xərc onun ödədiyi məbləğdən çox yüksəkdir. Ancaq bu dövlət tərəfindən ayrılan dotasiyalar hesabına kompensasiya olunur. Hazırda gediş haqlarının artırılması ilə bağlı müzakirə aparmırıq, belə bir səlahiyyətimiz yoxdur. Çünki bu Tarif Şurasının səlahiyyətində olan bir məsələdir. Ola bilər ki, belə bir təklif Metropoliten tərəfindən göndərilsin. Ancaq təmsil etdiyim qurumdan belə bir müraciət göndərilməyib”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024