İqtisadiyyat (23-12-2014, 18:41)
Bank sistemində təhlükə
Zərərli virus artıq 15 ölkədə aşkar edilib
Dünya bank sistemində yeni virus yayılıb.
ANS PRESS-in məlumatına görə, ekspertlər "Chthonic" adlı bank virusunun yeni modifikasiyasını aşkar ediblər. Bu virus istifadəçilərin müxtəlif onlayn hesabları üçün təhlükə yaradır.
"Kasperski" mütəxəssisləri bildirir ki, zərərli virus ilk növbədə ödəmə sistemləri üçün təhlükəlidir. Virus artıq 15 ölkədə aşkar edilib. Yeni modifikasiya edilmiş virus 150-dən çox bank və 20 ödəmə sistemini təhdit edir.
"Kasperski" mütəxəssisləri bildirirlər ki, "Chthonic" virusundan ən çox Rusiya Federasiyasının, Böyük Britaniyanın, İspaniyanın, Amerika Birləşmiş Ştatlarının, İtaliyanın və Yaponiyanın ərazisində aşkarlanıb.
"Chthonic" virusunun əsas hədəfi müxtəlif bankların onlayn sistemlərindəki parolların oğurlanmasıdır. Virus vasitəsilə həmçinin müştərilərin başqa məxfi informasiyaları və onlayn rejimdə hesablarını idarə etmək mümkün olur.
"Kasperski" laboratoriyası xəbərdarlıq edir ki, virus doc formatında fayllar vasitəsilə yayılır. bu viruslar RTF faylıyla məktub formasında elektron poçta gəlir. Mütəxəssislər hesab edirlər ki, belə formatlar istifadəçilərdə şübhələrə səbəb olmur və onlar həmin faylları çox tez-tez açırlar, nəticədə isə öz cihazları Troyan virusunun hücumuna məruz qalır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025