İqtisadiyyat (3-03-2015, 18:30)
“SOCAR xərclərini bir qəpik də azaltmayacaq”
“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq"
"SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın”.
Mediatv.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin açılışında çıış edən X. Yusifzadə bildirib ki, bu il hasilatın ümumi həcmi 8,3 milyon barel səviyyəsində planlaşdırılır. Bu rəqəm 3 ildir stabil saxlanılır. Bu il də bu proqnoz yerinə yetiriləcək.
"SOCAR Rusiyanın iri neft-qaz şirkəti olan "Rosneft"lə birgə müəssisəsinin yaradılması ilə bağlı işlərin davam etdirildiyini deyən vitse-prezident bildirib ki, SOCAR Rusiya ərazisində bu ölkəyə məxsus neft-qaz yataqlarında işlərin aparılması ilə bağlı danışıqlar aparır. Xoşbəxt Yusifzadənin sözlərinə görə, bundan başqa, SOCAR neft-qaz hasilatı və kəşfiyyatının aparılması ilə bağlı bəzi Afrika ölkələrindən təkliflər alıb. Eyni zamanda İranla da bu cür işlərə başlanılacaq. Vyetnamla isə iş birliyinin əldə edilməsi mümkündür",-deyə X.Yusifzadə bildirdi.
O, axtarış işlərindən danışarkən deyib ki, Xəzərin dayaz sulu hissələrində, Mezozoy çöküntülərində axtarış işləri aparıla bilər: "Biz istəyirik ki, yeni yanacaq növü sayılan şist neft və qazın hasilatını həyata keçirək. Şist neft və qazı yerin tərkibinə hopan, ənənəvi buruq üsulu ilə çıxarıla bilməyən karbohidrogen ehtiyatlarının fərqli metodla, horizontal qazma yolu ilə hasil edilməsidir. Bu zaman quyulara yüksək təzyiqlə su və digər kimyəvi məhlullar vurulur.
Bizim şist neft və qazın hasilatını həyata keçirmək istəyimizin olduğunu biləndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş nazirə müraciət edib. Müraciətdə bildirilir ki, bu istəyimiz reallaşsa, guya ekologiyaya zərər vurulacaq. Biz hasilatda, qazmada və kəşfiyyatda hər bir vəziyyəti nəzərə alarıq".
X.Yusifzadə onu da bildirib ki, Azərbaycanın 2 milyard ton təsdiqlənmiş, 2 milyard ton isə perspektiv neft ehtiyatı var: "Təsdiq olunmuş qaz ehtiyatımız 2 trilyon 550 milyard kub metrdir. 4 milyard ton da qaz kondensatımız var".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024