Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-02-2015, 11:27)
SOCAR Londonda neft həftəsi keçirdi

Ekspertlər dünya neft bazarındakı vəziyyəti təhlil ediblər

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Londonda təşkil etdiyi Beynəlxalq Neft Həftəsi günlərində ekspertlər dünya neft bazarındakı vəziyyəti təhlil ediblər.Virtualaz.org saytı xəbər verir ki, “The Financial Times” qəzeti bu müzakirələr zamanı ekspertlərin etdiyi çıxışlar əsasında analitik məqalələr hazırlayıb.
Məqaləni “The Wall Street Journal” qəzetləri, CNBC telekanalının saytı, neft sektoru üzrə ixtisaslaşmış digər nəşrlər də yayıblar.
Məqalədə deyilir ki, dünya neft bazarında bir neçə il davam edən sabitlikdən sonra neft treyderləri 2008-ci ildə baş verən qlobal böhrandan bəri ilk dəfə olaraq gəlirliliyin azalmasından və rentabelliyin düşməsindən faydalanaraq gəlirlərini artırırlar.
“SOCAR-ın Londonun Park-lein rayonunda, ”Grosvenor House" hotelində səxavətlə təşkil etdiyi ziyafətdə neft bazarındakı vəziyyət haqda unutmaq və kədərlənməyi kənara qoymaq şansı var idi. Lakin digərləri bu  qonaqpərvərlikdən şənlənmək üçün istifadə ediblər. Belə ki, neft treyderləri bazarda mövcud olan bir neçə illik sabitlikdən sonra gəlirlərini artırmaq üçün ən münbit şəraitlə qarşılaşıblar" - deyə məqalədə bildirilir.
Qəzet yazır ki, bazarda xam neftin və neft məhsullarının saxlanması, satışı və tədarükünə nəzarət edən “Glencore”, “Gunvor”, “Mercuria”, “Trafigura” və “Vitol” kimi iri şirkətlər üçün neft bazarında baş verən bu “partlayış” fayda gətirə bilər.
“2015-ci il maraqlı il ola bilər. Qiymətlər tez-tez dəyişir və  bazarda qeyri-müəyyənlik yaranıb. Neft ucuzlaşıb, maliyyə xərcləri artıb, kontanqo yaranıb” - deyə “Oliver Wyman” beynəlxalq konsaltinq şirkətinin Sürixdəki (İsveçrə) tərəfdaşı olan Roland Rexştayner qeyd edib.
Bununla yanaşı, vurğulanır ki, 2008-2009-cu illərdə yaranmış analoji vəziyyət neft şirkətlərinin rekord həddə gəlir əldə etməsinə səbəb olub. Kontanqo yüksək həddədirsə, neft əməliyyatçıları bundan pul qazanmağa çalışır, nefti alaraq saxlayır, sonra isə onu hərracda baha qiymətə satırlar.
Məqalədə qeyd olunur ki, maliyyə böhranı baş verdiyi dövrdən etibarən neft qiymətlərindəki dəyişkənliyin intensiv xarakter alması, böyük həcmdə neft alıb-satan sənaye nəhənglərinin rentabellik məsələsində nikbin olmaları üçün daha bir səbəb doğurur.
“Neftin qiymətinin tez-tez dəyişməsi neft satışı ilə məşğul olan əməliyyat şirkətləri üçün faydalıdır. Neftin qiyməti nə qədər çox dəyişirsə, əmtəə satışı da bir o qədər çox olur” - deyə “Trafigura” neft ticarəti şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə maliyyə direktoru Kristof Salmon deyir.
Bir çox iri neft tədarükü şirkətləri əsas aktivlərin əldə edilməsi istiqamətində irəliləyişə nail olmaq məqsədilə neft emalı zavodları, eləcə də neft yataqları, anbarlar və limanlar alırlar. “Gunvor” şirkətinin Avropada iki neft emalı zavodu var, “Vitol” isə “Carlyle” şirkətləri isə birlikdə iki zavodun səhmlərinə sahibdir.
Neftin qiymətinin düşməsi həmçinin treyderlərin dövriyyə kapitalının da yüksəlməsinə səbəb olub. Çünki xam neftin bir bareli 100 dollara deyil, 60 dollara satıldığından, neft tankerinin alınması üçün çəkilən sərmayə azalır. Aşağı faiz dərəcələri də neft ticarəti şirkətlərinin dövriyyə kapitalının artmasına imkan yaradır.
Bundan əlavə, bank ekspertlərinin ehtimallarına görə, satış borclarının vaxtından əvvəl qaytarılması, o cümlədən neft əməliyyatları ilə bağlı kreditlərin verilməsi çoxala bilər. Çünki istehsalçılar neftin qiymətindəki ucuzlaşmanı müşahidə etdiklərindən, başqa maliyyə mənbələri axtara bilər.
Neft ticarəti ilə məşğul olan şirkətlər satışdan yaranan borcların vaxtından əvvəl ödənilməsində maraqlıdır, çünki bu maliyyə vəsaitləri bir neçə il ərzində aylıq tədarük üçün zəmanət mənbəyi rolu oynayır.
Lakin eyni zamanda hazırkı bazar şərtləri əvvəlki illərlə müqayisədə daha yaxşı olsa da, 2015-ci ildə gəlirliliyin iri neft şirkətləri üçün 2008-2009-cu illərdəki kimi rekord nəticə göstərəcəyinə inam elə də çox deyil.
“Hər şey yaxşıdır, amma elə də yaxşı deyil. Rəqabət yüksəkdir” - deyə Cenevrədə yerləşən digər neft ticarəti evinin rəhbəri bəyan edir.
K.Salmon hesab edir ki, imkanlar genişləndikcə risklər də artır. Əgər risklərin idarə olunması və onlara nəzarətlə bağlı güclü idarəetmə sistemi mövcuddursa, deməli, bazar şərtləri də yaxşıdır.
Digər tərəfdən, bildirilir ki, bazarda neft ehtiyatlarının saxlanması barədə gəzən söz-söhbətlər həddindən artıq şişirdilib, çünki “Brent” və WTI markalı xam neftin kontanqosu o qədər də yüksək deyil ki, neft ehtiyatlarının saxlanmasına bu qədər böyük ehtiyac yaransın.
“Ehtiyatın saxlanmasını labüd edən iki həftəlik kiçik bir imkan yaransa da hazırda buna ciddi ehtiyac yoxdur. Heç bir halda neft məhsullarının qiymətlərində kontanqo yaranmayıb” - deyə “Vitol” neft ticarəti şirkətinin rəhbəri Yan Teylor qeyd edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024