Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-09-2023, 08:34)
Türkiyə Avropa Parlamentinin hesabatını qərəzli hesab edib

 Türkiyə 13 sentyabrda qəbul edilən Avropa Parlamentinin (AP) tövsiyə xarakterli 2022-ci il üzrə Türkiyə Hesabatını qınayır.
Bu barədə Türkiyə XİN-nin bəyanataında deyilir.
Qeyd olunub ki, hesabat anti-Türkiyə dairələrinin dezinformasiyalarına əsaslanan ədalətsiz ittiham və qərəzlərdən ibarətdir: “Bu hesabat AP-nin həm ölkəmizlə münasibətlərə, həm də Avrupa İttifaqının (Aİ) gələcəyinə dair dayaz yanaşmanın əksidir. Təəssüf ki, bu hesabat həm də Avropa Parlamentinin üzvlərinin gündəlik populist siyasətin əsiri olduqlarını, həmçinin Aİ və regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir”.
Əlavə olunub ki, Türkiyə-Aİ əlaqələrinin canlandırılması üçün fürsətin yarandığı belə bir kritik dövrdə Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar əvəzinə fərqli yanaşmaları gündəmə gətirməsi əsassızdır. Türkiyənin məqsədi qarşıdakı dövrdə Aİ ilə Gömrük İttifaqı anlaşmasın yeniləməklə tərəflər arasında viza liberallaşdırılması dialoqunu tez bir zamanda başa çatdırmaqdır: “Ölkəmiz bütün mövcud çağırışlar, xüsusilə təhlükəsizlik, enerji, iqlim dəyişikliyi, miqrasiya və iqtisadi çətinliklər qarşısında Aİ-ni qlobal gücə çevirmək potensialına malikdir. 2024-cü il AP seçkilərindən sonra formalaşacaq yeni Parlamentin qərəzsiz, rasional və konstruktiv perspektivlə hərəkət edəcəyinə ümid edirik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024