Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-01-2015, 14:42)
“Qara qızıl”ın gələcək taleyi ilə bağlı iki təzadlı proqnoz

OPEC qiymətlərin 200 dollara qalxacağını, «LUKoil» şirkəti isə 25 dollara enə biləcəyini proqnozlaşdırır

 

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir. Artıq 48 dollara enən “qara qızıl”ın gələcək taleyi ilə bağlı müxtəlif proqnozlar ortaya çıxıb. Hazırda dünyada əsas müzakirə olunan mövzulardan biri də neftin qiymətlərinin necə olacağıdır. 
“Qara qızıl”ın gələcək qiymətləri ilə bağlı proqnozlar isə kifayət qədər rəngarəngdir. Məsələn, ötən həftə bp şirkətinin baş icraçı direktoru Robert Dadli Davos forumunda qeyri-rəsmi çıxışı zamanı bildirib ki, neftin qiyməti 2-3 il ərzində bu səviyyədə qalacaq. O deyib ki, yaxın illərdə neftin qiymətində əhəmiyyətli artım olmayacaq. R.Dadli qeyd edib ki, növbəti bir neçə ildə bir barel neft üçün 50-60 dollar qiymət proqnozlaşdırır. Yeri gəlmişkən, oxşar fikirləri ABŞ-ın vitse-prezidenti Co Bayden də səsləndirib. C.Bayden deyib ki, dünya bazarında neftin qiyməti yaxın illər ərzində aşağı olacaq. Onun sözlərinə görə, yaxın bir neçə ildə qiymət 50 dollar səviyyəsində qalacaq. 
Ancaq eyni zamanda neftin qiymətləri ilə bağlı daha bədbin düşünənlər və qiymətlərin indikindən də ucuz olacağını iddia edənlər də var. Məsələn, bir qədər əvvəl İranın neft sənayesi naziri Bidcan Zengane və “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ayrı-ayrılıqda neftin qiymətinin 25 dollara qədər düşəcəyini bildiriblər. 
Maraqlıdır ki, hazırda neftin qiymətlərinin yenidən bahalaşmasına ümid edənlər də var. Bu qrupdan olanlar hesab edir ki, neft qiymətləri süni şəkildə endirildiyi üçün yaxın zamanlarda bazarda “qara qızıl” yenidən bahalaşacaq. Məsələn, Azərbaycanın Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov Davosda bildirib ki, neftin qiymətinin 2015-ci ildə artacağına inanır. Daha bir optimist isə OPEC-in baş katibi Abdulla əl-Bədridir. Cənab Bədri də neft qiymətlərinin bahalaşacağına ümidlidir. Dünyanın əsas neft ixrac edən qurumunun rəhbəri deyib ki, neftin dünya bazarında qiyməti artıq “neft dibi”nə çatıb və tezliklə yuxarı qalxmalıdır. Hətta Abdulla əl-Bədri qiymətlərin 200 dollara qədər qalxa biləcəyini bildirib.
Göründüyü kimi, neftin gələcək qiymətləri ilə bağlı 3 fərqli mövqe var. Qərb, yəni ABŞ, bp qiymətləri özlərinin bu səviyyəyə endirdiklərini və yaxın iki (ən azı) ildə bu səviyyədə saxlayacaqlarını deyirlər. İkinci qrupa daxil olan Rusiya və İran neftin bir daha bahalaşmayacağından və “sükanın” Qərbin əlində olduğunu qəbul etdikləri üçün ən ağır vəziyyətə, yəni qiymətin 25 dollara düşə biləcəyinə işarə edirlər. 
Üçüncü qrupda isə Azərbaycan və OPEC nümayəndəsinin proqnozu var. Yəni şərti olaraq optimistlər və ya ümidini hələ də itirməyən neft ixracatçıları hələ var. Əlbəttə, hər kəsə aydındır ki, Robert Dadli Şahmar Mövsümovla müqayisədə neft bazarı haqda daha dəqiq bilgiyə, eyni zamanda gələcək neft qiymətləri haqda daha ciddi məlumata sahibdir. 
Cənab Abdullaya gəlincə, əlbəttə, OPEC-in baş katibi də yaxşı bilir ki, qiymətləri kim təyin edib və nə zamana qədər belə qalacaq. Ancaq neft ixracatçısı ərəb ölkələri qiymət siyasətində ABŞ-la razılaşsalar da, ürəklərində bu vəziyyətdən narazıdırlar. Çünki hazırda neft bir il əvvəlki qiymətlərlə müqayisədə hər barelə görə 60 dollar ucuzlaşıb. Bu isə o deməkdir ki, məsələn, gündəlik hasilatı il ərzində 8-10 milyon barel arasında dəyişən Səudiyyə Ərəbistanı ötənilki qiymətlərlə hesabladıqda gündəlik 500 milyon dollardan çox pul itirir. Bu isə bir il üçün 200 milyard dollara yaxın pul deməkdir. Yeri gəlmişkən, mütəxəssislər bu il Səudiyyə Ərəbistanının dövlət büdcəsində 49 milyard dollar kəsir olacağını proqnozlaşdırırlar. Yəni əslində açıq büruzə verməsələr də bu prosesdə ən çox pul itirənlər neft ixracatçısı ərəb rejimləridir.(
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024