Bu gün Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib.

"Mediatv.az" xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sonra Azərbaycan Triatlon Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. Elçin Əliyev federasiyanın prezidenti seçilib.

O, bu postda Azər Məhərrəmovu əvəzləyib.