Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (28-05-2015, 13:36)
Futbol üzrə Azərbaycan çempionatına yekun vurulur

 

Bu gün futbol üzrə Azərbaycan çempionatında – Premyer Liqada 2014-2015-ci illər mövsümünün son turunun oyunları keçiriləcək.

Mediatv.az-ın məlumatına görə, Trend xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı komandası gümüş medalların sahibi “İnter”i qəbul edəcək. Bu oyun “Sumqayıt” komandası üçün mühüm əhəmiyyəti kəsb edir. Çünki bu turda qələbə qazanacaqları təqdirdə onlar turnir cədvəlində bir pillə irəliləyə biləcəklər.
“Qəbələ” doğma meydanda “Bakı”nın müqavimətini qırmağa çalışacaq. “Qəbələ” bu oyunda ən azı bir xal qazanacağı təqdirdə turnir cədvəlindəki yerini qoruyacaq və bürünc medallara sahib olacaq.
Bakıda “Neftçi” AZAL-ın müqavimətini qırmağa çalışacaq. Artıq əsasən ölkə kubokunun finalında “Qarabağ”la görüşə hazırlaşan “Neftçi” bununla yanaşı bu oyunda qələbə qəzanacğı “Qəbələ”nin isə bugünkü qarşılaşmadan xalsız ayrılacağı təqdirdə çempionatda 3-cü yerin sahibi də ola bilər.
Turun və çempionatın Lənkəranda keçiriləcək son oyununda isə “Xəzər Lənkəran” Zaqatalanın “Simurq” komandasını qəbul edəcək. Lakin ciddi maliyyə problemi ilə üzləşən “Simurq”un Lənkərana getməyib bu oyuna çıxmama ehtimalı da var. Belə olan təqdirdə lənkəranlılar texniki qələbə qazanacaqlar.
Ölkə çempionluğu təmin etmiş “Qarabağ” isə artıq bütün oyunlarını başa vurduğundan “köhlən atlar” meydana çıxmayacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025