Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (25-11-2014, 17:29)
“Neftçi” Elnur Əşrəfoğluya görə 20 min manat cərimə olundu

Bu gün AFFA Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib

 

Piasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 12-ci turunun "Bakı" - "Qarabağ" matçında "Bakı"nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"İnter" - "Xəzər Lənkəran" matçının 79-cu dəqiqəsində "gəmiçilər"in azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov və "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanıb, hər iki klub 5000 manat cərimə olunub.
"Simurq" - "Neftçi" oyunu başa çatdıqdan sonra "Neftçi"nin rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.
Əvəzedicilərin çempionatının 12-ci turunun "Simurq" - "Neftçi" matçında Zaqatala klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Simurq"un futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Birinci divizionun 12-ci turunun "Mil-Muğan" - "Zirə" matçının 38-ci dəqiqəsində "Mil-Muğan"ın futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
"Bakılı" - "Lokomotiv" matçında "Bakılı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
"Şəmkir" - MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində "Şəmkir"in futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Kəpəz" - "Göyəzən" matçının 39-cu dəqiqəsində "Kəpəz"in futbolçusu Davud Kərimi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.
"Şahdağ" - "Rəvan" matçında "Şahdağ"ın 4, "Rəvan"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Rəvan"ın futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Elə həmin dəqiqədə paytaxt klubunun digər futbolçusu Nicat Əliyev hakimi, AFFA və PFL-i təhqir etdiyinə görə 9 oyunluq cəzalanıb, klub 1400 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 13-cü turunun "Qarabağ" - AZAL matçının 31-ci dəqiqəsində AZAL-ın qapıçısı Ruslan Məcidov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Xəzər Lənkəran" - "Neftçi" matçında "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində "ağ-qaralar"ın futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. 74-cü dəqiqədə Lənkəran klubunun futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. 50-ci dəqiqədə "Neftçi"nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı və oyun bitdikdən sonra AFFA, PFL və hakimi təhqir etdiyinə görə 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub. Matçın 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydana kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunub.
Əvəzedicilərin çempionatının 13-cü turunun "Qarabağ" - AZAL matçında "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Qəbələ" – "Simurq" matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024