Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (3-07-2018, 13:30)
Ölkəni qaranlığa qərq edən Mingəçevirdəki partlayışın görüntüsü

Ölkəni qaranlığa qərq edən Mingəçevirdəki partlayışın görüntüsü

 

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayış sonradan güclü yanğınla müşahidə olunub.

Mediatv.az  APA.TV-yə istinadən xəbər verir ki, nəticədə payatxtda və ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Yanğının qarşısının alınması üçün əraziyə FHN-in Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri cəlb olunub. Son məlumata əsasən, Mingəçevirdə İES-də yanğın tam söndürülüb.

Partlayışın 6-cı blokda baş verdiyi deyilir. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Hadisənin baş verməsinə səbəb kimi hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi göstərilir.

Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı APA TV-yə bildirib ki, hazırda ölkənin qərb bölgəsinə və Mingəçevir şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub:

"Paytaxta da elektrik enerjisinin verilişinin təmin olunması üçün işlər görülür. Ümumilikdə yaxın saatlarda ölkə üzrə tam təmin olunması nəzərdə tutulub".

Onun sözlərinə görə, bu, texniki prosesdir. Sistemdə çökmə olduğu üçün bu texniki proses bir müddət sürəcək:

"Ancaq stansiyaların olması ilə əlaqədar əsas strateji əhəmiyyat daşıdığı üçün birinci növbədə Mingəçevir şəhəri və qərb rayonlarına öz yerli resurslarımız hesabına elektrik enerjisi verilib. Gürcüstan və Rusiya ilə paralel mübadilə üzərində də işləyirik".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024