Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-04-2015, 21:16)
«Azərenerji» yay mövsümü üçün hazırlıqlara başladı

Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır.


«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəis əvəzi Ələkbər Baxşəliyev «Həftə içi»nə bildirir ki, istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan sözügedən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilir. Belə obyektlərdən biri də qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir: «Bu stansiyada 1-ci rüb ərzində 184,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edib. Qeyd edilən həcmdən istehsal olunan enerjinin 121,8 milyon kolovatsaatı «Şəmkir SES»in, 63,1 milyon kilovatsaatı «Yenikənd SES»in payına düşür. Elektrik ener-jisinin istehsalına elektrik enerjisinin xüsusi sərfində birinci rüb əvəzində 24,4 min kilovatsaat enerjiyə qənaət olunub. Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hazırda bu SES dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib».
Ələkbər Baxşəliyev deyib ki, «Şəmkir» və «Yenikənd» SES-lər üzrə təmir-bərpa işləri «Azər¬enerji»nin təsdiq etdiyi 2015-ci ilin plan-qrafikləri üzrə aparılır. Bütün qurğu və avadanlıqlar saz vəziyyətdədir. Onun dediyinə görə, bölgələrdə elektrik enerji sisteminin məqsədyönlü inkişafına yönəldilmiş bir sıra mühüm layihələr reallaşdırılır. Həmin layihələrdən biri də Şirvan şəhərindəki ümumi gücü 780 meqavat gücündə “Cənub Elektrik Stansiyası” ilə bağlıdır. Bu stansiyanın elektrik avadanlıqlarına baxışlar keçirilib, nasaslıqlar aradan qaldırılıb, qrafik üzrə texniki xidmət işləri də aparılıb. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir: «Görülən işlər nəticəsində 1-ci rüb ərzində bu stansiyada 1 milyard 225,3 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib. Bu stansiya 2013-cü ilin iyul ayının əvvəlində istismara verilib. Enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var». 
Ələkbər Baxşəliyev əlavə edir ki, “Səngəçal Elektrik Stansiyası” da dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. 1-ci rübdə isə burada 296,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib: «Burada mövsümü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir: «Ümumi gücü 300 MVt olan “Səngəçal” elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Sözügedən stansiyanın digər stansiyalardan fərqi ondadır ki, burada əsas yanacaq kimi qaz və mazutdan istifadə edilir».

Təbriz Vəfalı

 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025