Gündəm (3-07-2018, 10:54)
Paytaxt və ətraf ərazilərə işıq verildi - Rusiya və Gürcüstanla danışıqlar gedir
Artıq Sumqayıt şəhərinə, Bayıl, Ceyranbatan və bəzi Bakıətrafı kənd və qəsəbələrə də elektrik enerjisinin verilişi bərpa olunub.
Mediatv.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib:
"Hazırda respublikanın Şimal və Qərb bölgəsində, Bakının Bayıl, Şüvəlan kimi bir sıra ərazilərində, həmçinin Sumqayıt, Abşeron, Saray, Bağlar ərazilərində elektrik enerjisinin verilişi bərpa edilib. Qarşıdakı saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək", - deyə o bildirib.
Onun sözlərinə görə, digər ərazilərdə də "Azərişıq" hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.
***
Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.
Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib:
“İlk növbədə elektrik enerjisi strateji cəhətdən mühüm obyektlər və müəssisələrə verilir”.
Y. Babanlı bildirib ki, hazırda Gürcüstan və Rusiya ilə paralel mübadilə üzərində də iş gedir.