Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-04-2018, 10:50)
Etibar Pirverdiyev: Ölkədə enerji çatışmazlığı problemi yoxdur

Etibar Pirverdiyev: Ölkədə enerji çatışmazlığı problemi yoxdur

 

Ölkədə 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb. Daxili istehlakın yüz faiz yerli istehsal hesabına ödənilməsi və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunması qürurverici haldır.

Mediatv.az  xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb:

“Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərimiz də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetməsini həyata keçirən və öz fəaliyyəti sahəsində regionda aparıcı müəssisə olan “Azərenerji” ASC-nin başlıca məqsədi və vəzifəsi Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlılığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı şəkildə təkmilləşdirmək, istehlakçıların tələbatını tam həcmdə ödəmək, xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdir. 

ASC və onun tabeçiliyində olan müəssisələr “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edib”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024