Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Kriminal (1-03-2018, 12:28)
Qisas almaq üçün işlədiyi şirkətin avtomobilindən oğurluq etdi

Qisas almaq üçün işlədiyi şirkətin avtomobilindən oğurluq etdi

 

Məhdud Məsuliyyətli Cəmiyyətin mühasibi vəzifəsində işləyən Nərmin Adilzadə, ''102'' xidmətinə məlumat verib ki, Türkiyə vətəndaşı Barış Adıgözəlin şirkətinə məxsus avtomobildən 7 min manat dəyərində məişət cihazları oğurlanıb.

Mediatv.az  ARB TV-yə istinadla xəbər verir ki, hadisə Abşeron rayonu Novxanı qəsəbəsində baş verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi Masallı sakini Ruslan Rzayev və Günay Şirizadəni saxlayıb.

Məlum olub ki, Ruslan Rzayev əvvələr həmin şirkətin işçisi olub. O, hadisədən bir neçə gün əvvəl işdən çıxarılıb. Ruslan Rzayev hadisəni qisas almaq məqsədi ilə törətdiyini etiraf edib.

Ruslan Rzayev - Saxlanılan şəxs: "Novxanıya gedib maşını açdım. Mikser, ət qızardan, qazan dəstələri götürmüşəm".

Ruslan Rzayev oğurladığı məişət avadanlıqlarını qeyri-rəsmi nikahda yaşadığı Günay Şirizadənin kirayədə qaladığı evin həyətinə yığıb. Daha sonra o, malları başqa bir avtomobillə satmaq üçün Masallı rayonuna göndərib.

Günay Şirizadə - Saxlanılan şəxs: "Mən heç bir qutu görməmişəm. Amma rəqəmlər dediyi yadımdadır. Filan qədər evdədir, filan qədər yüklənib".

Polis həmin əşyaların bir qismini onlardan aşkar edərək götürüb.

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, istintaq davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024