Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-11-2017, 11:31)
Bu il Bakıda yüzdən çox insan yol qəzalarında ölüb

Bu il Bakıda yüzdən çox insan yol qəzalarında ölüb

 

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Mediatv.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.

V. Əsədov qeyd edib ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsi paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər keçirib. Bu tədbirlərin nəticəsidir ki, ildən-ilə hadisələrin ümumi indeksində azalma müşahidə olunur. Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının imkanları sayəsində baş verən hər bir hadisə xidmətin müvafiq şöbələrində araşdırılaraq təhlil edilib. Məlum olur ki, hadisələrin baş verməsində ümumi faiz nisbəti üzrə ötmə və manevr qaydalarının pozulması üzrə 23 faiz, sürət həddinin aşılması ilə bağlı 37 faiz, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrdə 67 faiz təşkil edib.

Hesabat dövründə piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalarla profilaktik maarifləndirici iş aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Belə ki, bu dövrdə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyada protokoludur.

Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyatsızlıq, yaxud səhlənkarlıqdan yol-qəza hadisəsinin baş verməsinə səbəb olurlar. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin həssas olduğu ərazilərdə piyada keçidlərindən istifadə etməyən ehtiyatsız piyadalar yol-qəza hadisələrin iştirakçısına çevrilirlər.

Xüsusilə diqqət çəkən bir məqam var ki, baş verən qəzalarda hadisələr əsasən yerüstü və yeraltı piyada keçidlərin yaxınlığında baş verir. Eləcə də, hadisələr üzrə bir sıra faktlar da göstərir ki, piyadalar işıqforun tələblərinə əməl etmir, yolda hərəkət hüququ olan avtomobilin qarşısına çıxır. Təbliğat məqsədilə piyadalarla aparılan söhbətlərdə onlar “bilmədim”, “görmədim” deyərək, “bir də olmaz” cavabı ilə öz həyatlarını təhlükəyə məruz qoyur, ailə üzvlərinin bir ömür boyu əziyyətini düşünmür, diqqətsizlik edirlər. Unutmaq olmaz ki, yaşamaq üçün, həm də sağlam ömür sürmək üçün məsuliyyətli olmaq həyatın başlıca şərtidir.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, sürücü-piyada münasibətləri, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması diqqət mərkəzindədir. Tövsiyə olunur ki, hər bir vətəndaş – hərəkət iştirakçısı – sürücü – piyada hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında diqqətli olmalı, hüquq qaydasına əməl etməli, yol polisinin, qanunvericiliyin tələblərinə ehtiramla yanaşmalıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024