Hadisə (23-10-2017, 17:30)
İri fabrikdə yanğın: FHN-nin polkovnik-leytenantı yaralandı
Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.
Mediatv.az Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.
Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib.
Yanğının başvermə səbəbləri araşdırılır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025