Hadisə (18-06-2017, 22:56)
10 yaşlı uşaq “intihar etməyə gedirəm” yazdı və itkin düşdü
FHN-in rəsmi saytında yerləşdirilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində bir azyaşlının suya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub.
Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.
Qeyd olunur ki, uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” cümləsini yazaraq yoxa çıxıb.
Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında azyaşlının ayaqqabısının bir tayı tapılıb, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.
Hazırda FHN-nin müvafiq qurumunun dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalında axtarış işləri aparılır. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.