Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (9-05-2017, 12:42)
Dilqəmi Şuşada müalicə edən həkim Bakıya gəldi

Dilqəmi Şuşada müalicə edən həkim Bakıya gəldi

 

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun həkimi Azərbaycana gəlib.

Mediatv.az xəbər verir ki, bu barədə azvision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib.

Britaniyalı həkimlə görüşən S.Musayev qardaşının səhhəti ilə maraqlandığını deyib: "Həkim britaniyalıdır. O, Dilqəmi müayinə edib. Bizə bildirdi ki, Dilqəmin səhhəti normalıdır, müalicə ediblər, ciddi problemi yoxdur. Mənim fikrimcə, həkim həqiqəti demir. Çünki biz Dilqəmin sonuncu videolarına baxanda dəhşətə gəldik. O, çox pis vəziyyətdə idi. Dilqəmin səhhətinin yaxşı olduğu inandırıcı deyil. Həkim Dilqəmi səthi müalicə edib. Onun daxili orqanlarının hansı vəziyyətdə olduğunu Allah bilir".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycanlı girovların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024