Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (29-11-2016, 16:37)
Binəqədi rayonunda baş vermiş yanğının təxribat olması ehtimalı irəli sürüldü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az:  Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. “Global Construction” MMC-nin təsisçisilərindən biri, hazırda həbsdə olan Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxış edib. Vəkil kimyəvi təhqiqatla bağlı verilən ekspertiza rəyinin düzgün olmadığını deyib: ”Məhkəmə tibb ekspertlərinə meyitlərdən götürülmüş biomateriallar təqdim olunmayıb. Ona görə də, kimyəvi təhqiqatla bağlı verilən rəy düzgün deyil. Hətta paltarların belə kimə məxsus olduğu araşdırılmayıb. Bunların nəzərə alınmasını və ekspertlərin məhkəməyə dəvət olunmasını istəyirik”.

Vəkil müvəkkili M.Mahmudovun istintaqa verdiyi 15 yanvar 2016-cı il tarixli ifadəsinin məhkəmədə elan olunmasını xahiş edib. M.Mahmudov özü də məhkəmədən ifadəsinin elan edilməsini istəyib. Bildirib ki, onun həmin ifadəsi məhkəmədə verdiyi ifadəsi ilə eynidir. Hakim Ə.Hacıyev isə “əgər ifadələr eynidirsə, dindirmələrin elan olunması qanynvericiliyə görə uyğun deyil, fərqli olarsa elan oluna bilər” bildirib.

M.Mahmudov çıxış edərək ittiham aktında həddindən artıq şişirdilmələrə yol verildiyini deyib: “Təsisçini faktiki rəhbər ediblər. Poliuretan məmulatlarının istehsal olunduğu sexi şişirdib zavod kimi qələmə veriblər. 25 cildlik cinayət işində bir dənə də sübut yoxdur ki, bizim günahımız nədən ibarətdir. Sexi zavod, milçəyi fil eləyiblər. Bu qədər böhtan olmaz axı”.

Vəkil İ.Həsənova müvəkkilinin bu ilin fevral ayında DTX-yə ünvanladığı müraciətinin elan olunmasını istəyib: ”Həmin müraciətdə təxribatla bağlı faktlar açıqlanıb. Müraciətdə şahid Pərvin Kazımovun səs yazıları da var”.

Vəkil İ.Həsənova cinayət işinin 11-ci cildində şahid qismində dindirilən Pərvin Kazımovun ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, həmin şəxsin Binəqədidəki məlum yanğın hadisəsindən sonra mayın 24-də Gəncədə yanğın törətmək istəyən iki nəfərin saxlanması ilə bağlı ifadəsi var.

Hakim şahidin istintaqa verdiyi 30 noyabr 2015-ci il tarixli ifadəsi elan edib. P.Kazımov ifadəsində göstərib ki, paytaxtda baş vermis yanğın hadisəsindən sonra Gəncə şəhərində xüsusi rejim yaradılıb. Həmin ərəfələrdə Gəncə şəhəri Nizami rayonunda yerləşən poliuretanla üzlənmiş 6 bina mühafizə olunub. Həmin binaların mühafizəsini həyata keçirən polis əməkdaşı Ramin Babayev ona deyib ki, 24 may 2016-cı ildə 2 nəfər şübhəli şəxs əllərində benzin dolu qabla binalardan birinin blokuna girib. Onları polisə aparıblar. Həmin şəxslərdən birinin Samux rayon sakini olduğu müəyyən edilib. Bununla bağlı təhqiqat aparıldığını deyib.

Vəkil İ.Həsənova isə “işin içərisində stenoqram var. Bizə başqa cür danışıb, istintaqa isə başqa cür ifadə verib. Stenoqramın məhkəmədə səsləndirilməsini xahiş edirik”.

Dövlət ittihamçısı Fərid Nağıyev isə həmin sənədin mötəbərliyi müəyyən olunduqdan sonra elan oluna biləcəyini məhkəmənin diqqətinə çatdırıb.

“Şahid öz dili ilə deyib ki, gözümlə görmüşəm, istintaq zamanı gözünü qorxudub izahatını alıblar, verdik eksoertizaya, müəyyən olunsun görək, stenoqramdakı onun səsidir, ya yox”, - deyə vəkil əlavə edib.

Hakim isə stenoqramın cinayət işində olmadığını bildirib.

Vəkil: ”İstintaq niyə gizlədir ki? Ola bilsin, biz işlə tanış olnadan sonra işin içərisindən çıxarıblar”.

Miryusif Mahmudov yerindən replika verib: ”Xeyir eləmir axı”.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, hazırda həbsdə olan Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, cinayət işi materiallarında təqsirləndirilən şəxs barədə çəlbetmə qərarında müdafiəçinin imzası yoxdur. Hakim isə, əksinə, həmin sənəddə imza olduğunu vəkilə bildirib. Vəkil N.Ağayeva “Işlə tanış olmaq üçün sənədlər bizə təqdim olunanda orada imza yox idi” deyib.

Bundan sonra Binəqədi İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri, hazırda həbsdə olan Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə müvəkkilinin şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrinin nöqtə və vergülünə qədər eyni olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Sonra 23 may 2015-ci il tarixli hadisə yerinə baxış protokolları elan edilib. Vəkil İ.Həsənova bildirib ki, hadisə yerinə baxış zamanı ekspertlər iştirak etməyib: "Baxış protokollarında iştirakçıların imzası yoxdur. İfadələr formaldır, sübut növü hesab edilə bilməz. Nizami Orucovla Namiq Qarayevin ifadələri eynilik təşkil edir. Baxış protokolu sübut kimi yolverilməzdir və bunlar sübut növü hesab edilə bilməz”.

Hakim baxış protokolunda hal şahidlərinin imzası olduğunu bildirib.

Prosesdə hakim Əfqan Hacıyevlə vəkil İlhamə Həsənova arasında mübahisə yaranıb. Mübahisəyə səbəb vəkil X.Bayramzadənin müvəkkili Ə.Rəcəbovun 9 iyul 2015-ci il tarixli dindirilmə protokolunda müdafiəçisinin imzasının olmadığını deməsi olub.

Vəkil İ.Həsənova isə deyib ki, bütün bunlar istintaqın saxtakarlıqla aparıldığını bir daha sübut edir.

Hakim vəkilə icazəsiz danışmasını irad tutub.

Bundan sonra Ədalət Rəcəbov qısa çıxış edib. O, Miryusif Mahmudovu ilk dəfə “Heydər” məscidinin tikintisi zamanı tanıdığını deyib. O vaxta qədər heç vaxt üz-üzə gəlmədiklərini göstərib: ”Mən kommunal məslələrlə məşğul olan adamam. Binanın üzlənməsi ilə bağlı nə danışmışıq, nə də görüşmüşük. 2013-cü ildə binada tikinti işləri başa çatanda görüşmüşük. Mənim Miryusif müəllimlə telefon danışıqlarım olmayıb".

Hakim işdə olan Ədalət Rəcəbovun Miryusif Mahmudova göndərdiyi SMS və telefon danışıqlarını elan edib.

Miryusif Mahmudov çıxış edərək bildirib ki, Ədalət Rəcəbovla əlaqələri 2014-cü ilin may ayından sonra başlayıb: “Binəqədi rayonun ərazisində oğluma ev tikdirirdim. Ədalət müəllimə kommunal məsələlərlə bağlı müraciətlərlərim olub, ona görə əlaqə saxlamışam”.

Hakim: “Bilirik, bununla bağlı ifadə də vermisiniz, izahatınızda da göstərmisiniz”.

Vəkil X.Bayramzadə: ”İttiham isə əksinə verilib. Guya cinayət əlaqəsinə giriblər”.

M.Mahmudov çıxışını davam etdirib: “Telefon danışıqlarını da, səs yazısını da ortaya qoyun. Göstərin ki, biz əlbir olmuşuq. Mən heç öz işçilərimlə belə telefonda işlə bağlı danışmamışam. Telefonlarımız sizdədir, buyurub yoxlaya da bilərsiniz".

Məhkəmə prosesi dekabrın 1-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025